Bank Of Baku

ARDNŞ İstanbulun əsas qaz paylayıcısı olan İQDAŞ şirkətini satın almaq istəyir

ARDNŞ İstanbulun əsas qaz paylayıcısı olan İQDAŞ şirkətini satın almaq istəyir
# 03 fevral 2012 08:33 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə «Bloomberg HT»yə müsahibəsində SOCAR-IN Türkiyədəki nümayəndəsi Kənan Yavuz bildirib.

“İQDAŞ”ın satın alınmasının təmsil etdiyi şirkətin marağında olduğunu söyləyən K. Yavuzun sözlərinə görə, şirkət bununla bağlı qərarını hələ rəsmən açıqlamayıb.

K. Yavuz ARDNŞ-in Türkiyədə neft məhsullarının satışının təşkilini həyata keçirmək istəyində olduğunu da vurğulayıb.

Qeyd edək ki, hazırda ARDNŞ Türkiyədə “Petkim” neft-kimya kompleksinə sahibdir. Eyni zamanda ARDNŞ tərəfindən İzmirdə yeni neftayırma zavodunun tikintisi aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR