Bank Of Baku

Yardımlıda elektrik enerjisinin verilişində yaranmış problemlər aradan qaldırılıb

Yardımlıda elektrik enerjisinin verilişində yaranmış problemlər aradan qaldırılıb
# 03 fevral 2012 12:03 (UTC +04:00)
Yardımlı. Ağəddin Babayev - APA. Azərbaycanın Yardımlı rayonunda elektrik enerjisinin verilişində yaranmış problemlər artıq aradan qaldırılıb.

Bu barədə APA-nın Cənub bürosuna məlumat verən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Azər Xanıyev bildirib ki, fevralın 1-də səhər saatlarında yağan qar rayon ərazisində onlarla elektrik dirəyinin aşmasına və naqillərin qırılmasına səbəb olub. Nəticədə Yardımlı şəhəri ərazisindəki 10 kilovoltluq hava xətləri qəza vəziyyətinə düşüb və rayonun 38 yaşayış məntəqəsinə enerjinin verilişi dayandırılıb.

Həyata keçirilən tədbirlər sayəsində 26 kəndə dünən günorta saatlarınadək, digər 12 kəndə isə axşama kimi elektrik enerjisinin verilişi bərpa olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR