Bank Of Baku

Ukrayna: Rusiya Avropaya nəql olunan qazın həcmini azaldıb

Ukrayna: Rusiya Avropaya nəql olunan qazın həcmini azaldıb
# 03 fevral 2012 12:29 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiya Avropaya nəql etdiyi qazın həcmini azaltdığına görə avropalı istehlakçılar lazım olan miqdarda qaz ala bilmir. “APA-Economics”in “RİA Novosti”yə istinadən xəbərinə görə, Ukraynanın energetika və kömür sənayesi naziri Yuri Boyko açıqlama verib.

Onun sözlərinə görə, texniki sazişə əsasən Rusiya Ukrayna vasitəsilə Avropaya sutkada 490 mln. kubmetr qaz nəql etməlidir: “Amma bu rəqəm hazırda 415 mln. kubmetr təşkil edir. Rusiyadan qaz verilmədiyinə görə Avropa da təbii olaraq qaz ala bilmir”.

Qeyd edək ki, İtalia, Avstriya, Slovakiya və Polşa kimi Avropa ölkələri Rusiyadan lazımi həcmdə qazala bilmədiklərini bəyan edib. Rusiyanın “Qazprom” şirkəti isə Ukraynanı qaz müqaviləsinin şərtlərini pozaraq, 52 mlrd. kubmetr əvəzinə 60 mlrd. kubmetr qaz götürməkdə ittiham edib: “Məhz bu səbəbdən Avropa lazımi həcmdə qaz ala bilmir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR