Bank Of Baku

İranın Ali Milli Təhlükəsizlik Şurası Avropaya neft ixracını dayandırmaq haqda qanun layihəsini müzakirə edəcək

İranın Ali Milli Təhlükəsizlik Şurası Avropaya neft ixracını dayandırmaq haqda qanun layihəsini müzakirə edəcək
# 06 fevral 2012 07:19 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İran Avropa Birliyinə (AB) üzv ölkələrə neft ixracını dayandırmaqda qəti qərarlıdır. APA-nın məlumatına görə, bunu İran parlamentinin divan üzvü Ümidvar Rzayi bildirib.

Onun sözlərinə görə, bununla bağlı hazırlanmış qanun layihəsi yaxın günlərdə İranın Ali Milli Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılacaq: “Ölkənin milli mənafeyini maraqlandıran əhəmiyyətli məsələ olduğundan, belə bir qərarın təbii olaraq müşavirələr nəticəsində və daha üst səviyyədə alınması vacibdir. Ona görə də qanun layihəsi İranın Ali Milli Təhlükəsizlik Şurasının iqtisadiyyat heyətində müzakirə olunacaq. Hazırda İran nefti üçün müştərilər sırada dayanıb. Ona görə də qərarın bir an əvvəl verilməsi vacibdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR