Bank Of Baku

«Azneft» İB ötən ildə görülmüş işlərlə bağlı hesabatını açıqlayıb

«Azneft» İB ötən ildə görülmüş işlərlə bağlı hesabatını açıqlayıb
# 18 fevral 2012 11:44 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azneft» İstehsalat Birliyində ötən ildə görülmüş işlərin yekunu və 2012-ci ildə planlaşdırılan fəaliyyət haqqında geniş müşavirə keçirilib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, podratçı təşkilatların iştirakı ilə keçirilən müşavirədə «Azneft» İB-nin istehsalat proseslərinin avtomatlaşdırılması və metrologiya şöbəsinin rəisi F.Səfərəliyev əvvəlki illərlə müqayisədə bu sahədə görülmüş işlər, tətbiq edilən yeni texnikanın keyfiyyətli quraşdırma, sazlama və texniki xidmətlə təmin olunması haqqında məlumat verib.

Müşavirədə ötən il ərzində qarşılıqlı planlaşdırma əsasında görülmüş işlər, nəticələr barəsində məlumat verilib, podratçıların fəaliyyəti müzakirə olunub və işlərin daha keyfiyyətlə yerinə yetirilməsi üçün qabaqlayıcı tədbirlərin görülməsi məsələsinə dair fikir mübadiləsi aparılıb.

Tədbirdə bildirilib ki, ötən ildə əldə edilən nailiyyətlərə baxmayaraq, bəzi podratçı təşkilatların fəaliyyətində çatışmazlıqlar olub. Bu çatışmazlıqların aradan qaldırılması üçün bu sahədə mövcud potensial imkanlardan səmərəli istifadə etmək, eləcə də quraşdırma, sazlama və texniki xidmət zamanı təhlükəsizlik texnikası və normativ sənədlərin tələblərinə tam əməl olunması bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR