Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin iclasında iştirak edib
20 fevral 2012 12:47 (UTC +04:00)
Bakı – APA-Economics. Susseks şəhərində (İngiltərə) Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Beynəlxalq İdarə Heyətinin XIX iclası keçirilib. İclasda Azərbaycanı İdarə Heyətində təmsil edən MHŞT üzrə Hökumət Komissiyasının sədri, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov da iştirak edib.
İclasda MHŞT üzrə Beynəlxalq İdarə Heyəti tərəfindən iki ölkəyə - Mavritaniya və Peruya tamhüquqlu üzv statusu verilib. Bununla da MHŞT-yə qoşulan 35 ölkədən tamhüquqlu üzv statusu əldə edənlərin sayı 14-ə çatıb.
Qeyd edək ki, MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulub. Azərbaycan MHŞT-nin qiymətləndirilməsi prosesindən keçən və MHŞT-nin tamhüquqlu üzvü statusunu alan ilk MHŞT ölkəsidir. MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olması və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana «2009-cu il MHŞT mükafatı» təqdim edilib.

Sənaye və energetika
Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşıb
10:41
18 may 2024
Dünya bazarlarında neftin qiyməti 84 dollara yaxınlaşıb
09:29
18 may 2024
“Romgaz” şirkəti Moldovaya qaz tədarükü üçün lisenziya almaq niyyətindədir
17:29
17 may 2024
Elnur Soltanov: Özəl sektor bahalı olduğuna görə yaşıl metodları dəstəkləmir
12:17
17 may 2024