Bank Of Baku

Azərbaycanın MHŞT üzrə yeni hesabatlarına «Moore Stephens» şirkəti rəy verəcək

Azərbaycanın MHŞT üzrə yeni hesabatlarına «Moore Stephens» şirkəti rəy verəcək
# 20 fevral 2012 15:04 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu gün Azərbaycan Dövlət Neft Fondunda (ARDNF) Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Çoxtərəfli Qrupun iclası keçirilib. İclasda Azərbaycanın hasilat sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərin Azərbaycan hökumətinə ödənişləri və hökumətin yerli və xarici şirkətlərdən daxilolmaları barədə növbəti – 15-ci hesabat mərhələsi üzrə hesabatlarını (2011-ci il üzrə) tutuşduraraq təhlil edəcək audit şirkətinin seçilməsi üçün müsabiqənin nəticələri müzakirə edilib.

ARDNF-dən «APA-Economics»ə verilən məlumata görə, Çoxtərəfli Qrup auditin «Moore Stephens» şirkəti tərəfindən keçirilməsinə qərar verib.

Qeyd edək ki, MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulub. Azərbaycan MHŞT-nin qiymətləndirilməsi prosesindən keçən və MHŞT-nin tamhüquqlu üzv statusunu alan ilk MHŞT ölkəsidir. MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olması və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana «2009-cu il MHŞT mükafatı» təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR