Bank Of Baku

Türkmənistan neftinin Azərbaycan ərazisi ilə tranziti 41% artıb

Türkmənistan neftinin Azərbaycan ərazisi ilə tranziti 41% artıb
# 20 fevral 2012 15:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayı ərzində Azərbaycanda magistral neft kəmərləri ilə 4 mln. ton və ya ötən ilin analoji ayı ilə müqayisədə 2,4% az neft nəql edilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, nəqletmənin 77,1%-ni ölkənin əsas nəqliyyat infrastrukturlarından olan Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 3,1 mln. ton neft ötürülüb ki, 2011-ci ilin yanvar ayı ilə müqayisədə bu göstərici dəyişməz qalıb.

Dövr ərzində gəmilər vasitəsilə ölkəyə gətirilərək Səngəçal terminalından BTC kəməri ilə 318,2 min ton tranzit Türkmənistan nefti nəql edilib ki, ötən ilin yanvar ayı ilə müqayisədə bu göstərici 41,4% artıb.

Bununla yanaşı, magistral qaz kəmərləri ilə hesabat ayında 2,1 mlrd. kubmetr qaz nəql edilib ki, ötən ilin yanvar ayı ilə müqayisədə bu göstərici 19,3% artıb. Nəql edilmiş qazın ¼ hissəsi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmər vasitəsilə cari ilin ötən ayında 434,7 mln. kubmetr qaz nəql edilib, bu göstərici 2011-ci ilin yanvar ayına nisbətən 29,2% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR