Bank Of Baku

Belarus və Azərbaycan Venesuela nefti ilə svop-sövdələşmələrə dair danışıqlar aparır

Belarus və Azərbaycan Venesuela nefti ilə svop-sövdələşmələrə dair danışıqlar aparır
# 21 fevral 2012 14:01 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova - APA-Economics. Belarus və Azərbaycan Venesuela neftinin əvəzinə Azərbaycan neftinin ixracının svop əməliyyatlarla aparılması barədə razılığa gəlməyə çalışır.

APA-Economics”in “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə Azərbaycanın Belarusdakı səfirliyinin birinci katibi Ramin Səlimxanov bildirib.

Onun sözlərinə görə, hazırda məsələ ilə bağlı danışıqlar davam edir: “Təkcə 2011-ci ildə Belarusa svop-sövdələşmə üzrə Venesuelanın “Santa Barbara” markalı neftinin əvəzinə 1 mln. ton “Azeri Light” markalı neft çatdırılıb”.

Diplomat qeyd edib ki, svop-sövdələşmələr üzrə danışıqlarda birinci və ikinci xammalın keyfiyyəti nəzərə alınır: “Çünki “Azeri Light” markalı neftdən neft məhsullarının istehsalında Venesuelanın “Santa Barbara” markalı nefti ilə müqayisədə 30 dollar artıq iqtisadi effekt alınır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR