Bank Of Baku

Rusiya Ukraynanı yenidən qaz oğurluğunda ittiham edib

Rusiya Ukraynanı yenidən qaz oğurluğunda ittiham edib
# 23 fevral 2012 07:56 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiya Ukraynanı yenidən qaz oğurluğunda ittiham edib. “APA-Economics”in “İnterfax”a istinadən xəbərinə görə, bu barədə “Qazprom”un rəhbəri Aleksey Miller Rusiya prezidenti Dmitri Medvedevlə görüşündə bildirib.

A.Millerin sözlərinə görə, Ukraynanın sanksiyalaşdırılmadan Rusiya qazından istifadə etməsi ölkəyə maddi və nüfuz zərbəsi vurub: “Onlar bizim avropalı istehlakçılarımız üçün nəzərdə tutulan qazdan istədikləri qədər götürüblər”.

D.Medvedev məsələ ilə bağlı korporativ prosedurlar və mülki-hüquqi razılaşmalar çərçivəsində ölçü götürülməsini tapşırıb.

Ukraynanın “Naftoqaz” şirkəti isə açıqlama yayaraq Rusiyanın Avropa ölkələrinə ixrac etdiyi qazın 1 kubmetrindən də istifadə etmədiyini bəyan edib: “Qüvvədə olan müqaviləyə əsasən, Ukraynanın Rusiya qazın istifadə etməsinin həcmi sutkalıq deyil, rüblük norma ilə müəyyənləşir”.

Qeyd edək ki, fevralın əvvəlində kəskin soyuqlarla üzləşən bir sıra Avropa ölkələri - Polşa, Avstriya, Macarıstan, Bolqarıstan, Rumıniya, Yunanıstan, İtaliya və Slovakiya müqavilədə göstərilən həcmdə Rusiya qazı ala bilmədiklərini bəyan ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR