Bank Of Baku

Azərbaycan neft məhsulları istehsalını azaldıb

Azərbaycan neft məhsulları istehsalını azaldıb
# 23 fevral 2012 10:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanda neft məhsullarının istehsalı 2,3% azalıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında 90,4 min ton və ya ötən ilin yanvar ayına nisbətən 15,5% az avtomobil benzini, 49,3 min ton ağ neft (-1,2%), 2,7 min ton sürtgü yağları (-40%), 204,9 min ton dizel yanacağı (+3,6%), 20,1 min ton neft bitumu (+2,1 dəfə), 17,8 min ton neft-kimya sənayesində istifadə üçün benzin (-30,7%) istehsal olunub.

Neft emalı müəssisələrinin anbarlarında 49,5 mln. manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 17,6%-i qədər hazır məhsul olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR