Bank Of Baku

Aktyubinsk vilayəti Azərbaycandan investorlar cəlb etmək niyyətindədir

Aktyubinsk vilayəti Azərbaycandan investorlar cəlb etmək niyyətindədir
# 23 fevral 2012 12:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Qazaxıstanın Aktyubinsk vilayəti sənaye müəssisələrinin tikintisi üçün Azərbaycan sahibkarlarını cəlb etmək niyyətindədir. «APA-Economics»in xəbərinə görə, bu barədə Bakıda səfərdə olan vilayətin qubernatoru Arximed Muxambetov bildirib.

Onun sözlərinə görə, Aktyubinsk vilayətinin ümumi sahəsi 30,6 min kv. km, əhalisi isə 785 min nəfərdir. Vilayətin əsas təbii sərvətləri dağ-mədən sənayesini əhatə edir, iqtisadiyyatının aparıcı sahəsi isə kənd təsərrüfatıdır.

«Azərbaycan tərəfi ilə kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələlərini müzakirə etdik. Azərbaycandan meyvə-tərəvəz idxalında maraqlıyıq. Artıq Aktyubinsk vilayətində kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətləri mövcuddur. Azərbaycan ilə Aktyubinsk vilayəti arasında ticarət dövriyyəsinin həcmi 40 mln. dollardır. Rusiya və Ukraynadan sonra Azərbaycan vilayətin ticarət tərəfdaşları arasında 3-cü yeri tutur».

Qubernator qeyd edib ki, vilayətdə sənaye sahəsində 20 layihənin həyata keçirilməsi üçün Azərbaycandan investor və tərəfdaşlara tələbat var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR