Bank Of Baku

Yevlax rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq

Yevlax rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq
# 23 fevral 2012 14:40 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-ECONOMICS. Fevralın 24-də Yevlax rayonunun qaz təminatında fasilələr olacaq.

ARDNŞ-dən «APA-ECONOMICS»ə verilən məlumata görə, cari təmir işləri ilə əlaqədar fevralın 24-də saat 09:00-dan 17:00-dək «Yevlax-1», «Yeni Yevlax-2», «Aran» və «Mingəçevir» qazpaylayıcı stansiyalarından təbii qaz təchizatı dayandırılacaq. Təmir işləri aparılan müddətdə Yevlax şəhəri də daxil olmaqla, rayonun Səmədabad, Varvara, Cırdaxan, Salahlı və Balçılı kəndlərinə təbii qazın verilişində fasilələr yaranacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR