Bank Of Baku

Azərbaycanda IPI indeksi azalıb

Azərbaycanda IPI indeksi azalıb
# 24 fevral 2012 11:37 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda Sənaye İstehsalı İndeksi (Industrial Production Index – IPI) 2012-ci ilin yanvar ayında 90,7% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu indeks ötən ilin dekabr ayı ilə müqayisədə 15,4 faiz bəndi azdır:




IPI indeksi hesabat ayında istehsal olunmuş sənaye məhsul və xidmətlərin pul ifadəsində həcminin əvvəlki ayın eyni göstəricisinə olan və faizlə ifadə olunan nisbətidir. Belə ki, indeks yanvar ayında istehsal edilmiş məhsulun dəyəri (3,065 mlrd. manat) dekabr ayında istehsal edilmiş məhsulun dəyərinə (3,380 mlrd. manat) bölünməklə hesablanıb.

Cədvəldən göründüyü kimi, indeksin dinamikasında böyük dəyişkənlik müşahidə olunur, bu da sənaye istehsalında aylıq müqayisədə hər hansı sabit dinamikanın olmadığını əks etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR