Bank Of Baku

Stiv Forbes: «Dünya bazarında neftin qiyməti 300 dollar/barelə qədər yüksələ bilər»

Stiv Forbes: «Dünya bazarında neftin qiyməti 300 dollar/barelə qədər yüksələ bilər»
# 25 fevral 2012 09:12 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Dünya bazarlarında 1 barel neftin qiyməti 300 ABŞ dolları səviyyəsinə qədər yüksələ bilər. APA-nın «Fars» xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu amerikalı mütəxəssis Stiv Forbes bildirib.

Onun sözlərinə görə, İran Hörmüz boğazını bağlamasa belə, bölgədə baş verə biləcək istənilən qarşıdurma neft tankerlərinin sığorta ödənişini yüksəldəcək. Mütəxəssislər bu vəziyyətdə neftin qiymətinin 300 dollara qədər artacağını ehtimal edirlər: «Ağ Ev rəhbərliyi bunun ABŞ iqtisadiyyatına necə təsir göstərəcəyini yaxşı bilir».

S.Forbes həmçinin bildirib ki, İran İraq və ya Suriya deyil: «Hərbi müdaxilə İranın nüvə proqramını dayandırmayacaq, yalnız müəyyən müddətədək təxirə sala bilər».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR