Bank Of Baku

Səudiyyə Ərəbistanı neft ixracını artırıb

Səudiyyə Ərəbistanı neft ixracını artırıb
# 25 fevral 2012 12:02 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Səudiyyə Ərəbistanı ötən həftədən neft ixracatını sutkada 9 mln. barelə qədər artırıb ki, bu da yanvarın sonu ilə müqayisədə 1,5 mln. barel çoxdur. «APA-Economics»in xəbər verdiyi kimi, o cümlədən, ABŞ-a neft ixracının həcmi sutkada 1,5 mln. barələ çatdırılıb.

Eyni zamanda, ölkədə neft hasilatı sutkada 11 mln. barelə bərabərdir və daxili istehlak 2 mln. barel təşkil edir.

Səudiyyə Ərəbistanın ixracatı bu səviyyədə nə vaxta qədər saxlayacağı həlilik məlum deyil, lakin mütəxəssislər ölkənin İran neftinin əvəz edilməsinə hazırlığı xüsusi diqqət çəkir.

Xatırladaq ki, bir müddət əvvəl Səudiyyə Ərəbistanı İrana qarşı qəbul olunan sanksiyalar nəticəsində dünya bazarında yarana biləcək neft çatışmazlığını tam həcmdə əvəz etməyə hazır olduğunu bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR