Bank Of Baku

Şirvanda «Şəffaflıq dərsləri» keçirilib

Şirvanda «Şəffaflıq dərsləri» keçirilib
# 25 fevral 2012 16:58 (UTC +04:00)
Şirvan. Əlibəy Zeynallı - APA. Bu gün Şirvanda «Şəffaflıq dərsləri» mövzusunda tədbir keçirilib. Bu barədə APA-nın Mil-Muğan bürosuna İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu məlumat verib.

Tədbirdə yerli bələdiyyə, icma və QHT nümayəndələri iştirak ediblər. Mövzu ilə əlaqədar çıxış edən Q.İbadoğlu dövlət büdcəsi və neft gəlirləri sahəsində şəffaflığın artırılması istiqamətində fikirlərini söyləyib. Eyni zamanda, Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası tərəfindən həyata keçirilən layihə çərçivəsində aparılmış tədqiqatların rəqəmlərlə ifadəsi tədbir iştirakçılarının nəzərinə çatdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR