Bank Of Baku

Mozdok-Qazıməmməd qaz kəmərində qəza baş verib

Mozdok-Qazıməmməd qaz kəmərində qəza baş verib
# 27 fevral 2012 08:24 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Fevralın 26-dan 27-nə keçən gecə Dağıstanda Mozdok-Qazıməmməd qaz kəmərində qəza baş verib. «APA-Economics»in Rusiyanın «Rosbalt» agentliyinə istinadən məlumatına görə, qəza nəticəsində Dağıstanın Qızılyurd və Xasavyurd rayonlarının 8 yaşayış məntəqəsi qazsız qalıb. Bu kəndlərdə 26,5 min nəfər yaşayır.

«Dağıstanqazservis» MMC-nin məlumatına görə, boru kəmərinin zədələnmiş hissəsinin təmirinə bu gün səhərdən başlanıb və təmir işləri günortayadək davam edəcək.

Qeyd edək ki, bir qədər əvvəl Qızılyurd rayonunun Kirovaul kəndi yaxınlığında hərbçilər güclü partlayıcı qurğu aşkar ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR