Bank Of Baku

Braziliyada nəhəng neft yatağı aşkarlanıb

Braziliyada nəhəng neft yatağı aşkarlanıb
# 27 fevral 2012 11:57 (UTC +04:00)
Bakı - APA-Economics. Norveçin “Statoil” neft-qaz şirkəti Braziliyanın “Petrobras” və “Repsol Sinopec” müştərək müəssisəsi ilə birlikdə Braziliya şelfində nəhəng neft yatağı aşkarlayıb. “APA-Economics”in xəbərinə görə, bu barədə “Statoil”un yaydığı açıqlamada bildirilir.

Yataq Rio-de-Janeyro sahillərindən 195 km məsafədə, 2,8 min metr dərinlikdə yerləşir. Test zamanı yataqdan gündəlik 5 min barel neft və 28,5 mln. kubmetr qaz çıxarılıb. Hazırda sahədə ehtiyatların yekun qiymətləndirilməsi aparılır.

Qeyd edək ki, Braziliya ildə 2,8 mln. barel neft və 14 mlrd. kubmetr qaz hasil edir. Ölkə qaz ixrac etmir və üstəlik, ildə 12 mlrd. kubmetr yanacaq idxal edir. Bundan başqa, il ərzində 720 min barel neft idxal edən Braziliya eyni zamanda 700 min barel neft ixrac edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR