Bank Of Baku

Rusiya Çinə nefti güzəştli qiymətlə satacaq

Rusiya Çinə nefti güzəştli qiymətlə satacaq
# 28 fevral 2012 08:44 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiya Çinə satdığı neftin hər barelində 1,5 dollar güzəşt edəcək. “APA-Economics”in “Kommersant”a istinadən xəbərinə görə, bunun əvəzində Çin neft alışına görə Rusiyaya olan 134 mln. dollar borcunu tam ödəyəcək.

Güzəştlər geri tarixdən - 2011-ci ilin noyabrından hesablanacaq. Bununla da Rusiya və Çin arasında bir ildir həll olunmayan problem öz həllini tapacaq.

Qeyd edək ki, neft nəqlinin tariflərinə dair mübahisə Çinin CNPC ilə Rusiyanın “Transneft” və “Rosneft” şirkətləri arasında yaranıb. Buna tərəflərin tarifləri müxtəlif cür hesablaması səbəb olub. Nəticədə Çinin Rusiyaya 250 mln. dollar borcu yaranıb. Borcun bir hissəsi ötən ilin aprelində ödənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR