Bank Of Baku

Gəncə Qaz İstismar Sahəsi reyd keçirib

Gəncə Qaz İstismar Sahəsi reyd keçirib
# 28 fevral 2012 14:58 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov - APA. Gəncə Qaz İstismar Sahəsi qeyri-qanuni yollarla mavi yanacaqdan istifadə edən abonentlərin aşkarlanması məqsədilə reyd keçirib.

Gəncə Qaz İstismar Sahəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, reydlər Gəncənin Eminbəyli və Şəddadilər küçələrində keçirilib. Aparılan reyd zamanı abonentlər arasında əsasən qaz sayğaclarına müdaxilə halları aşkarlanıb.

Aşkar olunmuş faktlarla əlaqədar Gənə şəhər Qaz İstismar Sahəsi tərəfindən ciddi tədbirlər görüləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR