Bank Of Baku

İran satdığı neftin dəyərinin qızılla ödənilməsini təklif edib

İran satdığı neftin dəyərinin qızılla ödənilməsini təklif edib
# 29 fevral 2012 07:51 (UTC +04:00)
Bakı - APA-Economics. İran xarici ölkələrə satdığı neftin dəyərinin idxalçı ölkənin valyutası və qızılla ödənilməsinə hazır olduğunu bəyan edib. “APA-Economics”in IRNA-ya istinadən xəbərinə görə, bunu İran Mərkəzi Bankının rəhbəri Mahmud Bəhmani bildirib.

Onun sözlərinə görə, İran xarici ölkələrlə ticarətində yalnız ABŞ dollarından istifadə olunmasını tələb etmir: “Hər hansı ticarət tərəfdaşımız qızılla və ya öz milli valyutası ilə də ödəniş apara bilər”.

Qeyd edək ki, bu il yanvarın 23-də Avropa Birliyinə (AB) daxil olan ölkələrin xarici işlər nazirləri İranın nüvə proqramının maliyyə qaynaqlarını kəsmək məqsədilə bu ölkədən neft idxalına embarqo tətbiq olunması və İran Mərkəzi Bankının Avropadakı aktivlərinin dondurulması haqqında sənədi imzalayıb. Sənəd İrandan xam neft alışına dərhal qadağa qoyulmasını nəzərdə tutur. İndiyədək bağlanmış müqavilələr üzrə öhdəliklər isə 1 iyul 2012-ci ilədək yerinə yetirilməlidir.

Artıq Yaponiya və Koreya İrandan neft idxalının həcmini azaldıb. Çin, Hindistan və İsveçrə isə İrandan neft almaqda davam edəcəklərini bəyan ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR