Nazir: «Azərbaycandan Avropaya təbii qazın nəqli sıxılmış qazın çatdırılmasından bir qədər tez olacaq»
Onun sözlərinə görə, AGRI layihəsinin maliyyə məsələləri artıq həll olunub və texniki-iqtisadi əsaslandırma hazırlandıqdan sonra layihənin həyata keçirilməsi müəyyən ediləcək: «Texniki cəhətdən bu layihəni həyata keçirmək asandır, lakin iqtisadi baxımdan nə qədər səmərəli olması müəyyənləşməlidir. Layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanması üçün tender keçirilməlidir. Buna 7 şirkət maraq göstərmişdi, lakin bizim tərəfdaşlarımız bəzi səbəblərdən imtina etmişdilər».
Nazir siyasi baxımdan AGRI layihəsinin Azərbaycan üçün əhəmiyyətli olduğunu vurğulayıb: «Layihə Qara dənizdə ilk dəfə olaraq sıxılmış qaz terminalı tikməyə imkan verəcək, Kulevidən və ya Supsadan bütün istiqamətlərə - Avropaya və Qara dəniz ölkələrinə sıxılmış qaz çatdırılacaq. Bu layihədə xüsusilə Ukrayna maraqlıdır. Onlarla bizim bir neçə görüşümüz olub. Onlar Odessada terminal tikilməsi haqqında qərar qəbul edib. Bu terminal yalnız Azərbaycan qazı üçün deyil, başqa istiqamətlərdən, xüsusilə ərəb ölkələrindən Ukraynaya çatdırılan sıxılmış qaz üçün də nəzərdə tutulub. Düşünürəm ki, Azərbaycandan Avropaya təbii qazın çatdırılması sıxılmış qazın çatdırılmasından bir qədər tez olacaq».
N.Əliyev xatırladıb ki, Rumıniya Avropa Birliyinin AGRI layihəsinə vəsait ayırmasını və bu vəsait hesabına texniki-iqtisadi əsaslandırmanın hazırlanmasını istəyirdi: «Lakin mən buna şübhə ilə yanaşırdım. Çünki AB-nin enerji sektorunda daha prioritet layihələr var və birini qoyub, o birini dəstəkləmək mənə şübhəli gəlirdi. Ona görə Rumıniya, Azərbaycan, Gürcüstan və Macarıstan qərara aldılar ki, özləri vəsait ayırsın və layihənin texniki-iqtisadi əsaslandırması hazırlansın. Rumıniya tərəfi təklif etmişdi ki, layihənin AB-nin Enerji Komissiyası üçün təqdimatını keçirək. Bu, ötən il olmalı idi, amma bəzi səbəblərdən bu ilin mart ayına keçirilib».
Xatırladaq ki, 2010-cu il aprelin 13-də Buxarestdə Rumıniya, Azərbaycan və Gürcüstan arasında AGRI layihəsinin reallaşması ilə bağlı anlaşma memorandumu imzalanıb. Sentyabrın 14-də isə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya AGRI layihəsi üzrə Bakı Bəyannaməsini imzalayıb. Layihə Azərbaycanda hasil olunan təbii qazın boru xətləri vasitəsilə Gürcüstanın Qara dəniz sahillərinə nəql olunması, burada xüsusi terminalda mayeləşdirilərək, Qara dəniz vasitəsilə tankerlə Rumıniyanın Konstansa limanındakı terminala çatdırılması, daha sonra isə yenidən təbii qaz şəklində bu ölkənin ərazisində mövcud olan qaz infrastrukturu vasitəsilə Rumıniyanın və digər Avropa ölkələrinin tələbatlarının ödənilməsini nəzərdə tutur.
İlkin hesablamalara görə, AGRI layihəsinin icrasına 1,2-4,5 mlrd. avro tələb olunacaq. Vəsaitin dəqiq həcmi isə tikiləcək terminalların illik gücündən (2-8 mlrd. kubmetr) asılı olacaq. Layihənin təxminən 2 il ərzində reallaşması nəzərdə tutulur. İlkin mərhələdə AGRI vasitəsilə ildə 8 mlrd. kubmetr, gələcəkdə isə 20 mlrd. kubmetr qazın nəqli planlaşdırılır.
Sənaye və energetika
Nazir: Enerji səmərəliliyinə yatırımlar iqtisadiyyat üçün ən yüksək gəlir gətirən investisiyalar sırasındadır
Fatih Birol: Mövcud böhran enerji səmərəliliyi sahəsində tədbirləri sürətləndirməlidir
BEA: Ölkələr enerji səmərəliliyinin artırılması üzrə tədbirləri gücləndirəcək
Azərbaycan nefti bahalaşıb
Xəbər Lenti
Konqo Demokratik Respublikasında Ebolaya yoluxanların sayı 1300-ü keçib, 377 nəfər ölüb
Nazir: Enerji səmərəliliyinə yatırımlar iqtisadiyyat üçün ən yüksək gəlir gətirən investisiyalar sırasındadır
FHN-də yarışlarda uğur qazanmış yeniyetmə və gənc idmançılarla görüş keçirilib
Emin Əmrullayev Saatlıda vətəndaşları qəbul edəcək
Bu il 81 min nəfərə proaktiv qaydada pensiya, müavinət və təqaüd təyin edilib
"Fitch": Brent nefti ilin sonunadək 70 dollara enəcək
Nazir: Tamştatlı 20 min müəllim sertifikatlaşdırmada iştirak etməyəcək
Azərbaycanda 14 mindən çox müəllim 1500–2000 manat əməkhaqqı alır
Nazir sertifikasiyada sualların çətin olması ilə bağlı iddialara münasibət bildirib
Azərbaycan və Ermənistan vətəndaşlarına itkinlər, dəfn yerlərinə dair konfidensial məlumat verilməsinə imkan yaradılacaq
Emin Əmrullayev: MİQ imtahanlarından keçənlərin sertifikatlaşdırmada orta balı 51-dir
DTX rəisinin müavini: Azərbaycan itkin düşmüş şəxslər məsələsinin həllində Ermənistanla əməkdaşlığa hazırdır
91 mindən çox müəllim sertifikatlaşdırmada uğur qazanıb, 9 334 nəfərin əmək müqaviləsinə xitam verilib
Rəis müavini: Şəxsiyyəti müəyyən edilmiş bir neçə itkin-şəhidin nəşi yaxın günlərdə ailəsinə təhvil veriləcək
Nazir: Bu günədək 104 435 müəllim sertifikatlaşdırma prosesində iştirak edib
Komissiya: Azərbaycan itkin düşmüş şəxslər probleminə beynəlxalq birliyin diqqətinin artırılması üçün səylərini davam etdirir
Şərafət Həsənov: İşğaldan azad olunmuş ərazilərdə indiyədək 32 kütləvi məzarlıq aşkarlanıb
Azərbaycana qarşı hərbi təcavüz nəticəsində indiyədək 4010 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb
Bakıda itkin düşmüş şəxslər mövzusunda beynəlxalq konfrans keçirilir - FOTO
Fatih Birol: Mövcud böhran enerji səmərəliliyi sahəsində tədbirləri sürətləndirməlidir
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti “açıq qapı günü” tədbiri keçirib
Tələbələrin yerdəyişməsi üzrə sənəd qəbuluna başlanılır
BEA: Ölkələr enerji səmərəliliyinin artırılması üzrə tədbirləri gücləndirəcək
Monakoda törədilən partlayışda ukraynalı biznesmen və ailə üzvləri ağır yaralanıb - YENİLƏNİB
Azərbaycan nefti bahalaşıb
Bu günün valyuta məzənnələri
Niderlandın penalti kabusu davam edib - 3 mundialdır eyni aqibət
Əmtəə bazarlarında qızılın qiyməti 4000 dollardan aşağı enib
Nyu-York birjasında təbii qaz ucuzlaşıb
Neft qiymətləri əvvəlki ticarət sessiyasındakı artımdan sonra enir
Paytaxtın iki rayonunun bəzi ərazilərində elektrik enerjisi olmayacaq
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Qlobal fond bazarlarının əsas indeks göstəriciləri
“Bitcoin” növbəti dəfə 60 min dollardan aşağı ticarət olunub
DÇ-2026: Mərakeş Niderlandı məğlub edərək 1/8 finala çıxıb
Tramp ABŞ-da yanacağın qiymətlərinin aşağı salınmasını tələb edib
Britaniya dron istehsalına 6,5 milyard dollardan çox investisiya yatıracaq
Oman Hörmüz boğazından keçid üçün ödəniş tətbiqini dəstəkləmir
Rubio: ABŞ Liviyada birliyin bərpasına kömək edəcək
Starmer Londonda Rutte ilə görüşüb
DÇ-2026: Paraqvay 1/8 finala yüksəlib
Peruda keçirilən seçkilərdə Keyko Fujimori qalib gəlib
İsrail ordusu Qəzzada HAMAS-ın yeraltı kompleksinə zərbə endirib
"Çikaqo Fayr" Levandovskini transfer etdiyini açıqlayıb
Tramp: Biz hərbi cəhətdən İrana qalib gəlirik
Qəribabadi: Hörmüz boğazındakı vəziyyət müharibədən əvvəlki vəziyyətinə qayıtmayacaq
DÇ-26: Braziliya 1/8 finala çıxıb
Türkiyədə meşə yanğını yaşayış məntəqələrinə sıçrayıb
Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 1719 nəfərə çatıb, 5000-dən çox insan yaralanıb