Bank Of Baku

Azərbaycan Transxəzər qaz kəməri layihəsi ilə bağlı iki sənəd hazırlayır

Azərbaycan Transxəzər qaz kəməri layihəsi ilə bağlı iki sənəd hazırlayır
# 29 fevral 2012 09:55 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bu barədə sənaye və energetika naziri Natiq Əliyev Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunda (CEIBC) keçirilən görüşdə bildirib.

Nazir layihə ilə bağlı iki sənəd hazırlayıb Azərbaycan prezidentinə təqdim edəcəklərini söyləyib: “Bunlardan biri “Cənub dəhlizi”nə dəstək haqqında Azərbaycan, Türkmənistan və Avropa Birliyi tərəfindən imzalanacaq üçtərəfli sənəddir. Digəri isə Transxəzər qaz kəmərinin inşasına dair Azərbaycan və Türkmənistan arasında imzalanacaq hökumətlərarası sazişdir. Sazişə Avropa Birliyinin də qoşulması istisna olunmur”.

Xatırladaq ki, ötən il sentyabrın 7-də Avropa Birliyi Transxəzər layihəsi ilə bağlı Azərbaycan və Türkmənistanla danışıqlar aparmaq üçün Avropa Komissiyasına mandat verib. Sentyabrın 13-də Rusiya XİN bəyanatla çıxış edərək bildirib ki, 5 Xəzəryanı ölkə Xəzərin statusunu müəyyənləşdirənə qədər Transxəzər layihəsinin həyata keçirilməsi mümkün deyil. Buna baxmayaraq, Avropa Komissiyası Azərbaycan və Türkmənistanla Transxəzər qaz boru kəmərinin hüquqi bazası üzrə danışıqlara başlayıb.

Transxəzər qaz kəməri təbii qazın Azərbaycan ərazisi vasitəsilə Avropaya nəqli üçün Xəzərin Azərbaycan və Türkmənistan sahillərini birləşdirəcək. Tengiz (Qazaxıstan) - Türkmənbaşı (Türkmənistan) - Bakı (Azərbaycan) - Tiflis (Gürcüstan) - Ərzurum (Türkiyə) marşrutu ilə ildə 20-30 mlrd. kubmetr təbii qazın ixracı nəzərdə tutulur. Layihənin dəyəri 7,9 mlrd. avro məbləğində qiymətləndirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR