Bank Of Baku

Bakı-Novorossiysk boru kəməri ilə üçüncü ölkələrə də neft ixrac etmək imkanı veriləcək

Bakı-Novorossiysk boru kəməri ilə üçüncü ölkələrə də neft ixrac etmək imkanı veriləcək
# 29 fevral 2012 09:57 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib.

Qeyd edək ki, hazırda bu kəmərlə yalnız Azərbaycan Dövlət Neft Şirkətinə məxsus neft nəql olunur. Ötən ilin nəticələrinə görə, Bakı-Novrossiysk marşrutu ilə 1 mln. ton neft ixrac olunub, halbuki kəmərin real ötürmə gücü ildə 7 mln. ton təşkil edir. Azərbaycan tərəfi kəmərin nəqletmə imkanlarından istifadə hüququnun üçüncü ölkələrə də təqdim edilməsinin tərəfdarıdır. ARDNŞ bunun nəticəsində nəqletmə tariflərinin ucuzlaşmasına nail olmaq niyyətindədir.

N.Əliyein sözlərinə görə, artıq tərəflər arasında bu məsələ ilə bağlı aparılan danışıqlar prosesində Rusiya Bakı-Novorossiysk kəmərindən istifadə imkanlarının Azərbaycandan başqa üçüncü ölkələrə də verilməsinə hazır olduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR