Azərbaycan «Azəri-Çıraq-Günəşli» yataqlar bloku layihəsi çərçivəsində 272 mln. ton neft hasil edib

Azərbaycan «Azəri-Çıraq-Günəşli» yataqlar bloku layihəsi çərçivəsində 272 mln. ton neft hasil edib
# 07 iyun 2012 08:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» (AÇG) yataqlar bloku layihəsi çərçivəsində 272 mln. ton neft hasil olunub.

APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

Onun sözlərinə görə, AÇG-də hasil olunmuş ümumi neftin 130 mln. tonunu mənfəət nefti təşkil edib ki, bu da 63%-ə bərabərdir: “Cari ilin yanvar-may ayları ərzində AÇG-də 15 mln. ton neft hasil edilib. Bunun 9,4 mln. tonu Azərbaycanın payına düşən mənfəət nefti təşkil edib”.

Ölkədə neft və qaz hasilatının 1995-ci ildən etibarən müntəzəm olaraq artdığını deyən X.Yusifzadə həmçinin bildirib ki, 2010-cu ildə neft hasilatı 50,1 mln. ton, qaz hasilatı isə 28 mlrd. kubmetr təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR