Bank Of Baku

ARDNŞ-ın korrupsiyaya qarşı standartları təqdim olunub

ARDNŞ-ın korrupsiyaya qarşı standartları təqdim olunub
# 08 oktyabr 2012 15:41 (UTC +04:00)
Bakı - APA-Economics. Beynəlxalq standartlara keçid üzrə aparılan genişmiqyaslı tədbirlər çərçivəsində ARDNŞ-ın “Korrupsiya ilə mübarizə və şəffaflığın artırılması” sahəsində 9 yeni standartı hazırlanaraq təsdiqlənib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, oktyabrın 4-5-də həmin standartların təqdimatı və müvafiq treninqlər keçirilib. Əvvəlcə ARDNŞ-nin vitse-prezidentləri, şirkətin strukturuna daxil olan idarə və müəssisələrin rəhbərləri, departament və şöbə rəisləri, sonra isə Təlim Tədris Sertifikatlaşdırma İdarəsində müəssisələrin qurum rəhbərləri üçün treninqlər təşkil olunub.

«Treninqlərdə beynəlxalq qanunvericiliyin tələblərinə uyğun yeni standartların ARDNŞ-də tətbiqi qaydaları slaydlar vasitəsi ilə iştirakçılara izah olunub, onların sualları ətraflı cavablandırılıb» - deyə məlumatda bildirilir.

Qeyd edək ki, yeni standartlar 2013-cü il yanvarın 1-dən qüvvəyə minəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR