Bank Of Baku

Azərbaycan TANAP layihəsindəki iştirak payının bir hissəsini tərəfdaş şirkətlərə təklif edib

Azərbaycan TANAP layihəsindəki iştirak payının bir hissəsini tərəfdaş şirkətlərə təklif edib
# 09 oktyabr 2012 14:18 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu ARDNŞ-in prezident Rövnəq Abdullayev bildirib: «Dövlət Neft Şirkəti TANAP layihəsindəki 80%-lik iştirak payının 29%-ni bu layihədə tərəfdaşlıq etmək istədiyi şirkətlərə təklif edib. Bu, BP, «Statoyl» və «Total» şirkətləridir».

ARDNŞ başçısı vurğulayıb ki, TANAP kəmərinin inşası layihəsi «Şahdəniz» layihəsinin davamı olsa da, ona bağlı deyil. Yəni, heç də «Şahdəniz»dəki bütün tərəfdaş şirkətlər TANAP-da iştirak etməyəcək.

Qeyd edək ki, TANAP layihəsi Türkiyənin şərqində qərbinə qədər qaz boru kəmərinin inşasını əhatə edir və Xəzər qazının Avropa bazarına çıxarılması üçün nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR