Bank Of Baku

«Azəriqaz» alternativ enerji mənbələrindən istifadə edəcək

«Azəriqaz» alternativ enerji mənbələrindən istifadə edəcək
# 10 oktyabr 2012 14:56 (UTC +04:00)
ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, bu məqsədlə «Azəriqaz»ın təklifinə əsasən «Neftqazelmitədqiqatlayihə» İnstitutu tərəfindən Birliyin «Qaradağ», «Digah», «Mingəçevir» və «Şirvan» Qazpaylayıcı Stansiyalarında (QPS) qazın təzyiq potensialından istifadə etməklə elektrik enerjisinin alınması üçün turbodetander qurğusunun tətbiq edilməsi məqsədilə texniki-iqtisadi əsaslandırma sənədi hazırlanıb. Hazırda «Mingəçevir» QPS-də quraşdırılacaq turbodetander qurğusunda istehsal ediləcək elektrik enerjisinin mövcud şəbəkəyə ötürülməsi üçün texniki şərtin verilməsi məqsədilə «Azərenerji» ASC-yə müraciət olunub. Planlaşdırılan işlərin həyata keçirilməsi üçün aidiyyəti olan qurumlar tərəfindən torpaq sahəsinin ayrılması məsələsi də həllini tapıb. Lazımi sənədlər toplandıqdan sonra obyekt üzrə layihə-smeta sənədlərinin işlənməsinə başlanılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR