Bank Of Baku

Azərbaycan BTC kəməri ilə neft ixracını azaldıb

Azərbaycan BTC kəməri ilə neft ixracını azaldıb
# 10 oktyabr 2012 15:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin sentyabr ayı ərzində Bakı-Tiflis-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 261 957 ton Azərbaycan nefti nəql olunub ki, bu da əvvəlki aya nisbətən 4,4% azdır.

Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin yanvar-sentyabr aylarında bu kəmərlə 22 925 721 ton neft ötürülüb, bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 9,3% azdır.

«Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2012-ci il oktyabr ayının 1-dək BTC-yə 198 703 421 ton neft vurulub», - deyə Dövlət Neft Şirkətindən bildirilib.

Bundan başqa, cari ilin sentyabr ayında BTC kəməri ilə 217 264 ton Türkmənistan nefti nəql olunub ki, bu da əvvəlki aya nisbətən 10% azdır.

Qeyd edək ki, 2006-cı ildə istifadəyə verilən BTC-nin gündəlik ötürmə gücü 1,2 mln. bareldir. BTC-nin səhmdarları sırasına «BP Azerbaijan» (30,1%), AzBTC (25%), «Chevron» (8,9%), «Statoil» (8,71%), TPAO (6,53%), ENI (5%), «Total» (5%), «Itochu» (3,4%), Inpex (2,5%), «ConocoPhillips» (2,5%) və «Hess» (2,36%) şirkətləri daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR