Azərbaycan prezidenti: “bp şirkəti öhdəliklərini yerinə yetirmir”
APA-nın xəbərinə görə, bunu Nazirlər Kabinetinin 2012-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı çıxışında Azərbaycan prezidenti İlham Əliyev deyib.
Prezident qeyd edib ki, Azərbaycan bu imkanlardan bəzi başqa ölkələrdən fərqli olaraq səmərəli şəkildə istifadə edir, neft kapitalını qeyri-neft sektorunun inkişafına yönəldir: “İnfrastruktur layihələrinin icrası və digər iqtisadi islahatlar əslində imkan verdi ki, biz bugünkü reallıqlar haqqında xalqa qürur hissi ilə danışa bilək. Ancaq konsorsium tərəfindən buraxılan kobud səhvlər ucbatından son illər ərzində “Azəri”, “Çıraq” yataqlarında neft hasilatı kəskin şəkildə aşağı düşməyə başlayıb. Bu, birinci il deyildir ki, neft hasilatı aşağı düşür. Əlbəttə, neft sənayesində çalışanlar, neft mütəxəssisləri bilirlər ki, hər bir neft yatağının bir ömrü var. Hasilat artır, pik zirvəsinə çatır, sonra müəyyən illər ərzində sabit qalır, ondan sonra tənəzzül başlayır. Yəni, bu proses hər bir neft mütəxəssisi üçün çox tanış olan məsələdir. Ancaq söhbət ondan getmir ki, biz pik səviyyəsinə çatdıq və ondan sonra təbii, necə deyərlər, tənəzzül prosesləri yaşanır. Söhbət ondan gedir ki, verilən proqnozlar yerinə yetirilmir. Onu da deyə bilərəm ki, “Azəri”, “Çıraq” neft yataqları üzrə kontrakt pay bölgüsü əsasında imzalanıb. İlkin mərhələlərdə payların bölgüsü bir qədər fərqli idi. İlkin mərhələlərdə ki, böyük investisiyalar qoyulurdu, xarici investorların payı daha da böyük idi - təxminən 75-25 faiz xaricilərin xeyrinə, əgər belə demək mümkünsə. Onlar öz investisiyalarını qaytardıqdan sonra pay bölgüsü dəyişməyə başlayıb – əllinin-əlliyə səviyyəsində bölünürdü. 2008-ci ilin ortalarında artıq “Azəri”, “Çıraq” neft yataqlarının səmərəliliyini və kontrakt şərtlərini nəzərə alaraq, bu pay bölgüsü Azərbaycanın xeyrinə dəyişib və hazırda - 2008-ci ilin ortalarından bu günə qədər 75-25 faiz təşkil edir. Yəni, hasil edilən mənfəət neftinin 75 faizi Azərbaycanın payına düşür”.
Prezident vurğulayıb ki, kontrakt şərtləri əsasında pay bölgüsündə dəyişiklik baş verdikdən sonra “Azəri”, “Çıraq” neft yataqlarında neftin hasilatı nədənsə azalmağa başlayıb: “ Sözlərimə konkret rəqəmlər əlavə etmək istəyirəm. Belə ki, 2009-cu ildə “Azəri”, “Çıraq” yataqlarında bizə verilən hasilat proqnozu 46,8 milyon ton idi. Faktiki isə 40,3 milyon ton səviyyəsində neft hasil edilib. 2010-cu ildə proqnoz 42,1 milyon ton idi, fakt 40,6 milyon ton olub. 2011-ci ildə proqnoz 40,2 milyon idi, real hasilat isə 36 milyon. 2012-ci ildə verilmiş proqnoz 35,6 milyon tondur. İndiki hasilatı nəzərə alaraq belə təxmin etmək olar ki, ilin sonuna qədər bp “Azəri”, “Çıraq” yataqlarından 33 milyon tondan artıq neft hasil edə bilməyəcək. Bütün bu rəqəmləri toplayaraq və neftin qiymətini 100 dollar səviyyəsində götürərək, - halbuki bu illər ərzində daha da yüksək idi, - hesablasaq görərik ki, Azərbaycanın bilavasitə əldə edilməmiş gəliri 8,1 milyard dollardır. Bu, reallıqdır. Kiçik bir statistik rəqəmin arxasında bu reallıq dayanır. Ona görə ildən-ilə, aydan-aya, rübdən-rübə neft sənayesində istehsalın düşməsi bu vəziyyətin məntiqi nəticəsidir”.
Prezident “Azəri”, “Çıraq” neft yataqlarına böyük investisiyalar qoyulduğunu vurğulayıb: “Biz buna görə bütün investorlara minnətdarıq və yenə də deyirəm, bu investisiyalar bizə imkan verdi ki, bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələrdən biridir. Ancaq istəyirəm ictimaiyyət onu da bilsin ki, bu investisiyalar xeyriyyəçilik funksiyalarını daşımırdı. Bu, sırf biznes layihədir. Yenə də bir neçə rəqəmi səsləndirmək istəyirəm. “Azəri”, “Çıraq” neft yataqlarına əvvəldən bu günə qədər bp-nin rəhbərlik etdiyi konsorsium tərəfindən 28,7 milyard dollar investisiya qoyulub. Bu günə qədər konsorsium 73 milyard gəlir götürüb. Yəni, böyük mənfəət əldə edilib. Əlbəttə, bütün bu mənfəət kontraktın şərtləri əsasında mümkün olub. Azərbaycan tərəfi də böyük mənfəət götürüb. Bu gün bizim 45 milyard səviyyəsində olan valyuta ehtiyatlarımızın böyük hissəsi Neft Fondunun vəsaitidir. Nə qədər vəsait də son 12 il ərzində xərclənib. Dövlət Neft Fondu 1999-cu ilin sonunda – dekabr ayında yaradılıb. O vaxtdan bu günə qədər ölkə iqtisadiyyatına qoyulan vəsaitin, infrastruktur layihələrinə, məktəblərin, yolların tikintisinə, abadlıq işlərinə qoyulan investisiyaların əsas mənbəyi bizim neft sənayemizdir. Ona görə bu, sırf kommersiya layihəsidir. Hesab edirəm ki, bütün vədlər, verilən proqnozlar yerinə yetirilməlidir. Qeyd etməliyəm ki, gözlənilməyən bu tənəzzül sırf “Azəri”, “Çıraq” yataqları üzrə fəaliyyət göstərən konsorsiuma rəhbərlik edən bp şirkətinin kobud səhvləri nəticəsində mümkün olub. Biz bp şirkəti ilə uzun illərdir ki, əməkdaşlıq edirik. Onların fəaliyyətini bütün dövrlərdə dəstəkləmişik. Onlar üçün ən ağır günlərdə onları dəstəkləmişik. Biz adekvat münasibət gözləyirik. Bizə verilən səhv proqnozlar qəbuledilməzdir. Dövlət Neft Şirkətinə verilən yalan vədlər qəbuledilməzdir. Dünya biznesində, biznesin bu səviyyəsində belə münasibətlərə yer yoxdur, mümkün deyil. Biz həmişə bütün tərəfdaşlarla - istər siyasətdə, istər iqtisadi sahədə ədalətli olmuşuq. Həmişə dediyimiz sözlərə əməl etmişik. Biz adekvat münasibət gözləyirik. Mən hesab edirəm ki, bu məsələ ilə bağlı çox ciddi dəyişikliklər edilməlidir. Mən nə üçün bu məsələ ilə bağlı məlumatı məhz bu gün ictimaiyyət üçün açıram? Ona görə ki, keçən ay bp tərəfindən mənə rəsmi qaydada söz verilmişdi ki, bütün bu xoşagəlməz halların qarşısı qısa müddət ərzində alınacaq. Bütün səhvlər etiraf edildi. Etiraf edildi ki, vəziyyət çox ürəkaçan deyil.
Mənə verilən vədlər ondan ibarət idi ki, qısa müddət ərzində çox ciddi dəyişikliklər ediləcək, işçi proqrama düzəlişlər olunacaq, hasilatı sabit səviyyədə saxlamaq üçün əməli tədbirlər görüləcək və ən önəmlisi, bu kobud səhvləri buraxan insanlar dəyişdiriləcək. Ancaq o gündən bu günə qədər, - təxminən bir ay vaxt keçib və mən bu vədlərin yerinə yetirilməsini görmürəm. Əksinə, hesab edirəm ki, burada vaxt uzatma prosesi gedir. Ona görə, hesab edirəm ki, bu, tamamilə dözülməz bir haldır. Artıq Dövlət Neft Şirkətinə tapşırıq verilib ki, bu məsələ rəsmi qaydada qaldırılsın və lazımi tədbirlər görülsün. Öz vəzifə borcunu, kontrakt şərtlərini yerinə yetirə bilməyən investorlar gərək, nəticə çıxarsınlar, ciddi ölçülər, tədbirlər görülməlidir və görüləcək”.
Sənaye və energetika
"NYMEX" əmtəə birjasında təbii qaz ucuzlaşıb
Dünya bazarlarında neftin qiyməti artıma doğru yönəlib
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində elektrik enerjisi olmayacaq
“Morgan Stanley” neft qiymətləri üzrə proqnozunu daha da aşağı salıb
Xəbər Lenti
"NYMEX" əmtəə birjasında təbii qaz ucuzlaşıb
Dünya bazarlarında neftin qiyməti artıma doğru yönəlib
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində elektrik enerjisi olmayacaq
"Bitcoin" ucuzlaşmaqda davam edib
Azərbaycan və İrlandiya diplomatik münasibətlərin 30 illiyini qeyd edir
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
DÇ-2026: Meksika 1/8 finala yüksəlib
KİV: ABŞ Uitkoff və Kuşnerin İranla bağlı danışıqlarını müsbət qiymətləndirib
Tovuzda 32 yaşlı kişi qətlə yetirilib
Tramp kriptovalyuta əməliyyatlarından 1 milyard dollardan çox qazanıb
Serena Uilyams üç illik fasilədən sonra Uimbldonda ilk oyununda məğlub olub
Qalibaf: İranın ABŞ ilə raket proqramını müzakirə etmək niyyəti yoxdur
Venesuelada zəlzələdən sonra 6 mindən çox insan xilas edilib
Almaniyanın "Rheinmetall" şirkəti Ukraynaya 155 millimetrlik mərmilər tədarük edəcək
ABŞ Konqresi Livanda hərbi əməliyyatlarda iştirakın əleyhinə qətnaməni qəbul etməyib
DÇ-2026: Fransa millisi 1/8 final mərhələsinə yüklənib
Qalibaf: ABŞ sanksiyalarının dayandırılmasından sonra neftimizi 20% baha satırıq
Kuman Niderland millisinin baş məşqçi postundan ayrıldığını açıqlayıb
Qətərin Baş naziri ABŞ nümayəndələri ilə Vaşinqton–Tehran danışıqlarını müzakirə edib
Britaniya müdafiə planı çərçivəsində hərbi xərcləri 14,2 milyard dollar azaldacaq
Ukrayna İsveçdən 16 ədəd "Gripen E" qırıcısı alacaq
Azərbaycan Milli Xalça Muzeyində “Bir mədəniyyət xəzinəsi: Divanü lüğat-it-türk” sərgisi açılıb - FOTO
NYT: ABŞ administrasiyası vahid casus bazası yaratmağa çalışır
Sumqayıtda benzin daşıyan yük avtomobili teplovozla toqquşub, xəsarət alan var - FOTO - VİDEO
Vens: Çin enerji infrastrukturunun artırılması sayəsində süni intellekt sahəsində ABŞ-ı qabaqlayır
Vens: Hörmüz boğazından keçidə görə rüsum tutulmayacaq
Kuba XİN rəhbəri ABŞ-la danışıqlarda irəliləyiş olmadığını bildirib
İran ABŞ blokadası aradan qaldırıldıqdan sonra 40 milyon bareldən çox neft ixrac edib
Türkiyə və Aİ arasında münasibətlərin hazırkı vəziyyəti və gələcək perspektivləri müzakirə olunub - FOTO - YENİLƏNİB
Qalibaf: İran, ABŞ və Livan atəşkəsə nəzarət üçün birgə komitə yaradacaq
Ağ Ev: ABŞ-ın İrana qarşı əməliyyatının dəyəri 30 milyard dollar olub
DÇ-2026: Norveç millisi 1/16 final mərhələsinə yüksəlib
Tramp doğumla vətəndaşlıq məhdudiyyətinin ləğvini "Çinin qələbəsi" adlandırıb
ABŞ Ali Məhkəməsi Trampın doğumla vətəndaşlıqla bağlı fərmanını ləğv edib
Ərdoğan İsrail hökümətinin "erməni soyqırımı"nı tanımaq qərarını şərh edib
Moskva vilayətində raket xəbərdarlığı elan edilib
UEFA “Fənərbaxça”nı maliyyə “fair play”ini pozduğuna görə 7 milyon avro cərimələyib
ABŞ NATO müttəfiqlərindən hərbi xərclərin artırılması ilə bağlı hesabat gözləyir
Netanyahu və İsrailin müdafiə naziri Livanın cənubundakı "təhlükəsizlik zonası"na səfər edib
NYT: Oman ABŞ-a Hörmüz boğazından keçid üçün ödənişin tətbiqi təklifini təqdim edib
Bakının iki rayonunda qaz təchizatında fasilə olacaq
Bakıda Belarusun Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirilib - FOTO
Rusiya ordusu Zaporojyedə enerji obyektlərinə zərbələr endirib
Arayik Harutyunyan və digərlərinin şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib
30 il əvvəl törədilən qətllə bağlı cinayət işi məhkəməyə göndərilib
Pakistanda təhsil mərkəzinin damı uçub, 14 uşaq ölüb
Yasamal RİH vətəndaşın evinin qanunsuz sökülməsi iddialarına aydınlıq gətirib
Litvanın yeni Baş naziri seçilib
Ceyhun Bayramov ICMP-in baş direktoru Katrin Bomberger ilə görüşüb