Reynhard Mitçek: “Azərbaycanın Türkiyə və Avropaya qaz ixrac etmək üçün çox böyük potensialı var” - MÜSAHİBƏ
- Azərbaycana növbəti səfəriniz “Şahdəniz” konsorsiumuna “Nabucco West” layihəsi ilə bağlı təkliflər təqdim edilməsi ilə əlaqədardırmı?
- Biz “Şahdəniz” konsorsiumu ilə “Nabucco West” layihəsinə dair danışıqlar aparır, “Şahdəniz” və “Nabucco” arasında əməkdaşlıq sazişinin bütün elementlərini müzakirə edirik. Ümid edirəm ki, cari rübdə müqaviləni imzalaya biləcəyik.
- Bu müqavilə nələri nəzərdə tutacaq? “Nabucco West” layihəsinin reallaşmasının hüquqi bazasınımı?
- O, “Nabucco West” layihəsi üzrə “Şahdəniz”lə gələcək əməkdaşlığı tənzimləyəcək. Əlbəttə, “Şahdəniz” konsorsiumuna “Nabucco West” və TAP arasında seçim etmək üçün daha bir müddət lazımdır və mən əminəm ki, bu marşrutlardan ən yaxşısı “Nabucco West”dir. On gün əvvəl “Şahdəniz”in səhmdarlarına “Nabucco” üzrə bütün sənədlərə və texniki məlumatlara çıxış imkanı təqdim etmişik ki, layihəni qiymətləndirmək mümkün olsun.
- “Şahdəniz” bəyan edib ki, “Nabucco West” layihəsində səhmdar kimi iştirak edə bilər. “Nabucco” konsorsiumu səhmlərinin neçə faizini “Şahdəniz”ə satmağa hazırdır?
- Bu, danışıqlar çərçivəsində müzakirə olunacaq mövzudur və mən danışıqların nəticələrini qabaqlamaq istəmirəm. Amma hiss edirəm ki, bu məsələdə kompromisə gələ bilərik.
- Bu kompromis necə ola bilər? Konsorsiumun hər bir səhmdarının proporsional satışı üzrə danışıqlar prosesini necə görürsünüz?
- Bütün bunlar texniki məqamlardır. Bu məsələ ilə bağlı nə vaxt razılığa gəlsək, onu həll etməyin texniki yolları haqqında düşünə bilərik. Danışıqlar hələ başa çatmadığından mən hansısa açıqlamalar verib bu prosesə müdaxilə etmək istəməzdim.
- Digər qaz təchizatçısı olan ölkə - Türkmənistanla danışıqlar necə gedir?
- “Nabucco International” şirkətinin layihəsi kəmərin inkişafı, şərtləri və qaz həcmlərinə çıxış məsələləri ilə məşğul olur. Amma biz qaz satışı ilə bağlı Türkmənistanla danışıqlarda iştirak etmirik. Bu məsələ ilə Avropanın qaz alıcıları məşğul olur. Əgər onlar qazı Türkmənistandan almaq istəsələr, rəsmi Aşqabadla danışıqlar aparacaqlar.
Qeyd etmək istərdim ki, biz Azərbaycanı yüksək qiymətləndiririk. Hesab edirəm ki, Azərbaycan qazı ilə həm TANAP-ı, həm də “Nabucco West”i təmin etmək olar. Əlbəttə, digər mənbələrdə – Türkmənistandan, İraqda da qaz var. Biz bunu alqışlayırıq. Amma eyni zamanda düşünürəm ki, Azərbaycanın “Şahdəniz” yatağı olmadan belə kifayət qədər potensialı var və bunu dəfələrlə ARDNŞ da bəyan edib. “Şahdəniz II”, “Abşeron”, “Ümid” və “Babək” yataqlarında Türkiyə və Avropaya ixrac etmək üçün 20-30 və hətta 40 mlrd. kubmetr qaz var.
- “Şahdəniz” konsorsiumu “Nabucco West” layihəsini seçməsə, nə olacaq? “Nabucco” layihəsi və ya konsorsiumu digər mənbələr tapmağa cəhd edəcəkmi?
- “Nabucco” istehsalçılar üçün bir çox üstünlüklər təqdim edən ən mütərəqqi layihədir. Ona görə də “Şahdəniz”in “Nabucco West”in səhmdarı olacağına inanıram.
- “Şahdəniz” konsorsiumu “Nabucco West” və TAP layihələri arasında seçim edəcək. Sizcə, “Nabucco West”in TAP-dan hansı üstünlükləri var?
- Birincisi, “Nabucco West” möhkəm hüquqi əsaslara malikdir. Bu məsələ ilə bağlı hökumətlərarası saziş bütün üzv dövlətlərin parlamentləri tərəfindən ratifikasiya olunub. Bu həftənin əvvəlində Vyanada “Nabucco” komitəsinin siyasi iclası keçirilib. İclasda Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev, Avropa Birliyinin enerji məsələləri üzrə komissarı Günter Ottinger, Bolqarıstanın baş naziri və bütün üzv dövlətlərin nazirləri iştirak ediblər. Yekunda nazirlərin bəyannaməsi qəbul olunub. Sənəddə üzv dövlətlər bu hüquqi əsası, eləcə də TANAP-la “Nabucco West”in birləşdirilməsini dəstəklədiklərini təsdiq ediblər və “Şahdəniz”in “Nabucco”da iştirakının mümkünlüyünü alqışlayıblar. Bu isə ciddi siyasi siqnaldır.
Hüquqi əsas “Nabucco West” layihəsinin şübhəsiz ki, üstünlüyüdür. Üstəlik, bu layihə vasitəsilə biz 1300 km uzunluğu və 500 mln. istehlakçısı olan böyük bazar əldə edə bilərik. Digər tərəfdən, “Nabucco West” təkcə tranzit ölkələrini deyil, Balkan ölkələrini – Xorvatiya, Serbiya, Bosniya və Herseqovina, Kosovo, Albaniyanı “Nabucco” beynəlxalq şəbəkəsinə qoşmağa imkan verəcək. Çoxsaylı bazarların əldə olunması ehtimalı “Nabucco”nu kommersiya baxımından çox cəlbedici edir. Hüquqi baza, layihənin inkişafı perspektivləri və ciddi siyasi dəstək layihənin əsas üstünlükləridir.
Sənaye və energetika
"NYMEX" əmtəə birjasında təbii qaz ucuzlaşıb
Dünya bazarlarında neftin qiyməti artıma doğru yönəlib
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində elektrik enerjisi olmayacaq
“Morgan Stanley” neft qiymətləri üzrə proqnozunu daha da aşağı salıb
Xəbər Lenti
Əmtəə bazarlarında qızılın ucuzlaşması davam edir
"NYMEX" əmtəə birjasında təbii qaz ucuzlaşıb
Dünya bazarlarında neftin qiyməti artıma doğru yönəlib
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində elektrik enerjisi olmayacaq
"Bitcoin" ucuzlaşmaqda davam edib
Azərbaycan və İrlandiya diplomatik münasibətlərin 30 illiyini qeyd edir
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
DÇ-2026: Meksika 1/8 finala yüksəlib
KİV: ABŞ Uitkoff və Kuşnerin İranla bağlı danışıqlarını müsbət qiymətləndirib
Tovuzda 32 yaşlı kişi qətlə yetirilib
Tramp kriptovalyuta əməliyyatlarından 1 milyard dollardan çox qazanıb
Serena Uilyams üç illik fasilədən sonra Uimbldonda ilk oyununda məğlub olub
Qalibaf: İranın ABŞ ilə raket proqramını müzakirə etmək niyyəti yoxdur
Venesuelada zəlzələdən sonra 6 mindən çox insan xilas edilib
Almaniyanın "Rheinmetall" şirkəti Ukraynaya 155 millimetrlik mərmilər tədarük edəcək
ABŞ Konqresi Livanda hərbi əməliyyatlarda iştirakın əleyhinə qətnaməni qəbul etməyib
DÇ-2026: Fransa millisi 1/8 final mərhələsinə yüklənib
Qalibaf: ABŞ sanksiyalarının dayandırılmasından sonra neftimizi 20% baha satırıq
Kuman Niderland millisinin baş məşqçi postundan ayrıldığını açıqlayıb
Qətərin Baş naziri ABŞ nümayəndələri ilə Vaşinqton–Tehran danışıqlarını müzakirə edib
Britaniya müdafiə planı çərçivəsində hərbi xərcləri 14,2 milyard dollar azaldacaq
Ukrayna İsveçdən 16 ədəd "Gripen E" qırıcısı alacaq
Azərbaycan Milli Xalça Muzeyində “Bir mədəniyyət xəzinəsi: Divanü lüğat-it-türk” sərgisi açılıb - FOTO
NYT: ABŞ administrasiyası vahid casus bazası yaratmağa çalışır
Sumqayıtda benzin daşıyan yük avtomobili teplovozla toqquşub, xəsarət alan var - FOTO - VİDEO
Vens: Çin enerji infrastrukturunun artırılması sayəsində süni intellekt sahəsində ABŞ-ı qabaqlayır
Vens: Hörmüz boğazından keçidə görə rüsum tutulmayacaq
Kuba XİN rəhbəri ABŞ-la danışıqlarda irəliləyiş olmadığını bildirib
İran ABŞ blokadası aradan qaldırıldıqdan sonra 40 milyon bareldən çox neft ixrac edib
Türkiyə və Aİ arasında münasibətlərin hazırkı vəziyyəti və gələcək perspektivləri müzakirə olunub - FOTO - YENİLƏNİB
Qalibaf: İran, ABŞ və Livan atəşkəsə nəzarət üçün birgə komitə yaradacaq
Ağ Ev: ABŞ-ın İrana qarşı əməliyyatının dəyəri 30 milyard dollar olub
DÇ-2026: Norveç millisi 1/16 final mərhələsinə yüksəlib
Tramp doğumla vətəndaşlıq məhdudiyyətinin ləğvini "Çinin qələbəsi" adlandırıb
ABŞ Ali Məhkəməsi Trampın doğumla vətəndaşlıqla bağlı fərmanını ləğv edib
Ərdoğan İsrail hökümətinin "erməni soyqırımı"nı tanımaq qərarını şərh edib
Moskva vilayətində raket xəbərdarlığı elan edilib
UEFA “Fənərbaxça”nı maliyyə “fair play”ini pozduğuna görə 7 milyon avro cərimələyib
ABŞ NATO müttəfiqlərindən hərbi xərclərin artırılması ilə bağlı hesabat gözləyir
Netanyahu və İsrailin müdafiə naziri Livanın cənubundakı "təhlükəsizlik zonası"na səfər edib
NYT: Oman ABŞ-a Hörmüz boğazından keçid üçün ödənişin tətbiqi təklifini təqdim edib
Bakının iki rayonunda qaz təchizatında fasilə olacaq
Bakıda Belarusun Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirilib - FOTO
Rusiya ordusu Zaporojyedə enerji obyektlərinə zərbələr endirib
Arayik Harutyunyan və digərlərinin şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib
30 il əvvəl törədilən qətllə bağlı cinayət işi məhkəməyə göndərilib
Pakistanda təhsil mərkəzinin damı uçub, 14 uşaq ölüb
Yasamal RİH vətəndaşın evinin qanunsuz sökülməsi iddialarına aydınlıq gətirib
Litvanın yeni Baş naziri seçilib