Bank Of Baku

«Atəşgah Həyat» sığorta şirkəti istehsalatda bədbəxt hadisələrlə bağlı 1 mln. manat həcmində icbari ödəniş aparıb

«Atəşgah Həyat» sığorta şirkəti istehsalatda bədbəxt hadisələrlə bağlı 1 mln. manat həcmində icbari ödəniş aparıb
# 12 oktyabr 2012 08:16 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Econoimics. Azərbaycanın «Atəşgah Həyat» sığorta şirkəti «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta» növünün tətbiqindən indiyədək bu növ üzrə 1 mln. manat həcmində sığorta ödənişi həyata keçirib.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, bu yaxınlarda sözügedən sığorta növü üzrə daha bir ödəniş ölüm hadisəsinə görə verilib. Belə ki, Bakıda yerləşən tikinti şirkətlərinin birinin əməkdaşı bədbəxt hadisə nəticəsində həlak olub. Bu sığorta hadisəsi ilə bağlı birdəfəlik sığorta ödənişinin məbləği bağlanılmış müqaviləyə uyğun olaraq 42,2 min manat təşkil edib. Vəsait faydalanan şəxslərə - mərhumun həyat yoldaşı və övladlarına verilib.

Qeyd edək ki, «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» qanunun tətbiqinə 2010-cu ilin dekabrından başlanılıb.

Xatırladaq ki, «Atəşgah Həyat» sığorta şirkəti 2009-cu ildə yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR