Ekspert rəyi: BP şirkəti Azərbaycandakı layihələrində neft hasilatının azalmasına rəsmi şəkildə aydınlıq gətirməlidir
Xatırladaq ki, oktyabrın 10-da keçirilən Nazirlər Kabinetinin 2012-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı çıxışında Azərbaycan prezidenti İlham Əliyev BP şirkətini sərt tənqid edib və bildirib ki, neft hasilatında gözlənilməyən tənəzzül sırf «Azəri» və «Çıraq» yataqları üzrə fəaliyyət göstərən konsorsiuma (ABƏŞ) rəhbərlik edən BP şirkətinin kobud səhvləri nəticəsində mümkün olub.
S.Bağırovun fikrincə, hasilatın azalması - faktdır və bunun səbəbləri, o cümlədən, əgər bu azalma hansısa obyektiv amillə bağlıdırsa, BP şirkəti tərəfindən rəsmi şəkildə açıqlanmalıdır: «Hər halda BP-dən müvafiq açıqlama olmalıdır».
Eyni zamanda, iqtisadçı Oqtay Haqverdiyev «APA-Economics»ə açıqlamasında bildirib ki, 2011-2014-cü illərdə «Əsr Kontraktı» çərçivəsində neft hasilatının əvvəlki illərlə müqayisədə kəskin azalması hətta 1990-cı illərin ortalarında müvafiq proqnoz diaqramında əks olunub. Ondan sonrakı dövrdə, yəni 2014-cü ildən sonra «Dərin Günəşli»dən neft hasilatı gözlənilir ki, bu da azalmanı dayandıracaq. O.Haqverdiyevin fikrincə, son zamanlarda neft hasilatının azalması, neft ÜDM-in xüsusi çəkisinin azalması hökuməti, ictimaiyyəti və mütəxəssisləri narahat etməsi təbiidir.
Eyni zamanda «APA-Ekonomist» jurnalının ekspertləri qeyd edirlər ki, hökumətin son iclasında dövlət başçısı «Azəri» və «Çıraq» yataqlarında hasilatın azalmasını əyani sübut edən statistik göstəricilər səsləndirib: «2009-cu ildə «Azəri» və «Çıraq» yataqlarında bizə verilən hasilat proqnozu 46,8 mln. ton idi. Faktiki isə 40,3 mln. ton səviyyəsində neft hasil edilib. 2010-cu ildə proqnoz 42,1 mln. ton idi, fakt 40,6 mln. ton olub. 2011-ci ildə proqnoz 40,2 mln. idi, real hasilat isə 36 mln. ton. 2012-ci ildə verilmiş proqnoz 35,6 mln. tondur. İndiki hasilatı nəzərə alaraq belə təxmin etmək olar ki, ilin sonuna qədər BP «Azəri», «Çıraq» yataqlarından 33 mln. tondan artıq neft hasil edə bilməyəcək». Beləliklə, məlum olur ki, son bir neçə il ərzində BP şirkəti ilin əvvəlində verilən hasilat üzrə proqnozu yerinə yetirmir və bunun səbəblərini rəsmən açıqlanmır.
Maraqlıdır ki, şirkətin hesablarında əks olunan göstəricilər də azalmanı təsdiqləyir: «Bu ilin birinci yarısında «Çıraq», «Mərkəzi Azəri», «Qərbi Azəri», «Şərqi Azəri» və «Dərinsulu Günəşli» platformalarından ümumilikdə gündə orta hesabla 684 min barel və ya ümumilikdə 6 ay üçün 124,5 mln. barel (16,8 mln. ton) neft hasil edilib».
Ötən ilin 6 ayında isə «Çıraq», «Mərkəzi Azəri», «Qərbi Azəri», «Şərqi Azəri» və «Dərinsulu Günəşli» platformalarından ümumilikdə gündə orta hesabla 775,7 min barel və ya bütövlükdə yarım ildə 140,4 mln. barel (19 mln. ton) neft hasil edilib. Beləliklə, illik müqayisədə azalma 2,2 mln. ton və ya 12% təşkil edib. Diqqəti çəkən məqam da odur ki, əksər yataqlarda istismar quyularının sayında da azalma baş verib. Belə ki, «Mərkəzi Azəri»də quyuların sayı 18-dən 16-ya, «Qərbi Azəri»də 20-dən 16-ya, «Şərqi Azəri»də 20-dən 15-ə azalıb və yalnız «Çıraq» və «Dərinsulu Günəşli»də quyuların sayı nisbətən artıb. Eyni zamanda nəzərə alınmalıdır ki, ən yüksək gündəlik hasilat «Azəri» yatağında qeydə alınıb və məhz burada ən ciddi azalma müşahidə olunur. Belə ki, «Mərkəzi Azəri»də gündəlik hasilat 216,1 min bareldən 161 minə, «Qərbi Azəri»də 218,6 mindən 186 minə azalıb, «Şərqi Azəri»də isə 131,9 mindən 144 min barelə artıb.
«APA-Ekonomist»in analitikləri hesab edirlər ki, yaranmış vəziyyətin, hasilatın həcminin və quyuların sayının azalmasının, hər ilin əvvəlində verilən proqnozların ilin sonunda yerinə yetirilməməsi və ümumi nəticədə ölkənin neft sahəsində geriləməyə gətirib çıxaran amil və səbəbləri BP şirkəti rəsmi şəkildə və açıq-aydın açıqlamalı və izah etməlidir. Hazırda isə «BP-Azerbaijan» şirkəti «Biz Azərbaycana tam sadiqik və «Azəri-Çıraq-Günəşli» hasilatı ilə bağlı məsələləri mümkün qədər tez bir zamanda həll etmək üçün Azərbaycan Dövlət Neft Şirkəti ilə işləyirik» kimi heç nəyi izah etməyən bir açıqlama ilə kifayətlənir.
Xəbər Lenti
Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb
Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılıb
Azərbaycan nefti 75 dollara ticarət olunur
Bu gündən Yaponiya və Koreya Respublikasının vətəndaşları Azərbaycana vizasız səfər edəcək
Avropada qazın qiyməti iyunda 6,2% ucuzlaşıb
"Ziraat Bank Azərbaycan"dan Polis İşçilərinin Peşə Bayramına - Xüsusi kampaniya
Bu günün valyuta məzənnələri
Əmtəə bazarlarında qızılın ucuzlaşması davam edir
"NYMEX" əmtəə birjasında təbii qaz ucuzlaşıb
Dünya bazarlarında neftin qiyməti artıma doğru yönəlib
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində elektrik enerjisi olmayacaq
"Bitcoin" ucuzlaşmaqda davam edib
Azərbaycan və İrlandiya diplomatik münasibətlərin 30 illiyini qeyd edir
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
DÇ-2026: Meksika 1/8 finala yüksəlib
KİV: ABŞ Uitkoff və Kuşnerin İranla bağlı danışıqlarını müsbət qiymətləndirib
Tovuzda 32 yaşlı kişi qətlə yetirilib
Tramp kriptovalyuta əməliyyatlarından 1 milyard dollardan çox qazanıb
Serena Uilyams üç illik fasilədən sonra Uimbldonda ilk oyununda məğlub olub
Qalibaf: İranın ABŞ ilə raket proqramını müzakirə etmək niyyəti yoxdur
Venesuelada zəlzələdən sonra 6 mindən çox insan xilas edilib
Almaniyanın "Rheinmetall" şirkəti Ukraynaya 155 millimetrlik mərmilər tədarük edəcək
ABŞ Konqresi Livanda hərbi əməliyyatlarda iştirakın əleyhinə qətnaməni qəbul etməyib
DÇ-2026: Fransa millisi 1/8 final mərhələsinə yüklənib
Qalibaf: ABŞ sanksiyalarının dayandırılmasından sonra neftimizi 20% baha satırıq
Kuman Niderland millisinin baş məşqçi postundan ayrıldığını açıqlayıb
Qətərin Baş naziri ABŞ nümayəndələri ilə Vaşinqton–Tehran danışıqlarını müzakirə edib
Britaniya müdafiə planı çərçivəsində hərbi xərcləri 14,2 milyard dollar azaldacaq
Ukrayna İsveçdən 16 ədəd "Gripen E" qırıcısı alacaq
Azərbaycan Milli Xalça Muzeyində “Bir mədəniyyət xəzinəsi: Divanü lüğat-it-türk” sərgisi açılıb - FOTO
NYT: ABŞ administrasiyası vahid casus bazası yaratmağa çalışır
Sumqayıtda benzin daşıyan yük avtomobili teplovozla toqquşub, xəsarət alan var - FOTO - VİDEO
Vens: Çin enerji infrastrukturunun artırılması sayəsində süni intellekt sahəsində ABŞ-ı qabaqlayır
Vens: Hörmüz boğazından keçidə görə rüsum tutulmayacaq
Kuba XİN rəhbəri ABŞ-la danışıqlarda irəliləyiş olmadığını bildirib
İran ABŞ blokadası aradan qaldırıldıqdan sonra 40 milyon bareldən çox neft ixrac edib
Türkiyə və Aİ arasında münasibətlərin hazırkı vəziyyəti və gələcək perspektivləri müzakirə olunub - FOTO - YENİLƏNİB
Qalibaf: İran, ABŞ və Livan atəşkəsə nəzarət üçün birgə komitə yaradacaq
Ağ Ev: ABŞ-ın İrana qarşı əməliyyatının dəyəri 30 milyard dollar olub
DÇ-2026: Norveç millisi 1/16 final mərhələsinə yüksəlib
Tramp doğumla vətəndaşlıq məhdudiyyətinin ləğvini "Çinin qələbəsi" adlandırıb
ABŞ Ali Məhkəməsi Trampın doğumla vətəndaşlıqla bağlı fərmanını ləğv edib
Ərdoğan İsrail hökümətinin "erməni soyqırımı"nı tanımaq qərarını şərh edib
Moskva vilayətində raket xəbərdarlığı elan edilib
UEFA “Fənərbaxça”nı maliyyə “fair play”ini pozduğuna görə 7 milyon avro cərimələyib
ABŞ NATO müttəfiqlərindən hərbi xərclərin artırılması ilə bağlı hesabat gözləyir
Netanyahu və İsrailin müdafiə naziri Livanın cənubundakı "təhlükəsizlik zonası"na səfər edib
NYT: Oman ABŞ-a Hörmüz boğazından keçid üçün ödənişin tətbiqi təklifini təqdim edib
Bakının iki rayonunda qaz təchizatında fasilə olacaq
Bakıda Belarusun Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirilib - FOTO