Bank Of Baku

ABŞ Enerji İnformasiya Təşkilatı: “İranın neft hasilatı gündəlik 50 min barelə qədər azalıb”

ABŞ Enerji İnformasiya Təşkilatı: “İranın neft hasilatı gündəlik 50 min barelə qədər azalıb”
# 15 oktyabr 2012 07:05 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranın neft hasilatı bu ilin sentyabrında gündəlik 50 min barelə qədər azalıb. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə ABŞ Enerji İnformasiya Təşkilatının yaydığı son hesabatında bildirilir.

Qeyd edək ki, Beynəlxalq Enerji Təşkilatı İranda gündəlik neft ixracatının azaldığına dair hesabat yayıb. Sənədə görə, İranın 2011-ci ildə gündəlik neft ixracatı 2,2 mln. barel idisə, cari ilin iyulundan etibarən bu rəqəm 860 min barelə enib.

İranın OPEC-dəki təmsilçisi Məhəmmədəli Xətibi isə İSNA-ya açıqlamasında son aylarda neft ixracatında dəyişiklik olmadığını, neft ixracının nizamlı şəkildə davam etdiyini və açıqlandığı kimi bir azalma yaşanmadığını söyləyib. Onun sözlərinə görə, hesabatdakı rəqəmlər gerçəkliyi əks etdirmir: “Bu göstərici İranın OPEK-ə təqdim etdiyi rəqəmlər deyil. Bizim yeganə müştərilərimiz Çin, Hindistan, Cənubi Koreya, Yaponiya və Türkiyə deyil. İran neftini tələb edən ölkələrin sayı hesabatda qeyd olunandan daha çoxdur. Bir çox yeni bazarlar kəşf etmişik. Ancaq bu məlumatları ictimaiyyətə açıqlamırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR