Bank Of Baku

Nazir Natiq Əliyev: «Xəzərdə neft ehtiyatlarının yalnız 19%-i hasil edilib»

Nazir Natiq Əliyev: «Xəzərdə neft ehtiyatlarının yalnız 19%-i hasil edilib»
# 15 oktyabr 2012 09:54 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev oktyabrın 15-16-da Bakıda keçirilən VI Xəzər neft və qaz ticarət-nəqliyyat konfransında bildirib.

N.Əliyev bəyan edib ki, Azərbaycan öz neft ehtiyatlarının həcminə görə dünya ölkələrinin ilk onluğuna daxildir və hasilat üzrə ən iri istehsalçılardan biridir. Eyni zamanda, adambaşına neft hasilatına görə Azərbaycan 258,8 ton göstəricisi ilə 11 yeri tutur.

N.Əliyevin sözlərinə görə, Xəzərdə mövcud ehtiyatların yalnız 19%-i hasil edilib. Ümumilikdə, Xəzərin məcmu neft ehtiyatları 48 mlrd. barelə bərabərdir.

N.Əliyev bəyan edib ki, neft hasilatı hesabına 2035-ci ildə ÜDM-in adambaşına həcmi Qazaxıstanda 18 min dollar, Azərbaycanda isə 15 min dollara çatacaq. Proqnozlara əsasən, 2015-ci ildə Xəzər regionunda illik neft hasilatının həcmi 100 mln. ton, 2025-ci ildə 150 mln. ton artacaq. Nəticədə, bazarda sərbəst nəqletmə güclərinin çatışmazlığı problemi müşahidə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR