Bank Of Baku

Azərbaycan Çinə kimya məhsullarının ixracı üçün alternativ yollar axtarır

Azərbaycan Çinə kimya məhsullarının ixracı üçün alternativ yollar axtarır
# 15 oktyabr 2012 10:23 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Çinə kimya sənayesi məhsullarının ixrac həcmini artırmaq üçün alternativ yollar axtarır. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin «Azərikimya» İstehsalat Birliyi Müşahidə Şurasının sədri Muxtar Babayev bildirib.

Onun sözlərinə görə, hazırda Çinə kimya sənayesi məhsulları əsasən Qara Dəniz limanları vasitəsi ilə həyata keçirilir. Cin iqtisadiyyatının inkişafı və burada kimya məhsullarına, o cümlədən azot gübrəsinə tələbatın artmasını nəzərə aldıqda, bu bazar «Azərikimya» üçün mühüm əhəmiyyət daşıyır.

«Tələbat artacağı təqdirdə Qara Dəniz limanları əvvəlki kimi fasiləsiz ixracı təmin edə bilməyəcək. Ona görə də, bu ölkəyə ixracı artırmaq üçün alternativ marşrutlar axtarırıq», - deyə M.Babayev bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR