Bank Of Baku

Muxtar Babayev: «Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Azərbaycandan kimya məhsullarının ixracını genişləndirəcək»

Muxtar Babayev: «Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Azərbaycandan kimya məhsullarının ixracını genişləndirəcək»
# 15 oktyabr 2012 11:32 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı layihəsinin həyata keçirilməsi Azərbaycandan kimya məhsullarının ixracı prosesinin genişləndirilməsi istiqamətində mühüm rol oynayacaq. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin «Azərikimya» İstehsalat Birliyi Müşahidə Şurasının sədri Muxtar Babayev bildirib.

Onun sözlərinə görə, ilkin mərhələdə bu dəmir yolu ilə 6 mln. ton yük daşınacaq, sonra isə bu rəqəm 15 mln-a çatdırılacaq. Bu layihə Azərbaycanın tranzit potensialını da artıracaq və ölkənin xaricə inteqrasiyasını sürətləndirəcək.

M.Babayev həmçinin bildirib ki, Sumqayıt Sənaye Parkında işləyəcək şirkətlər üçün güzəştlər nəzərdə tutulacaq: «Məqsəd bu sahəyə investisiyaları cəlb etmək, müasir tələblərə cavab verən məhsulların istehsalını təşkil etməkdir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR