Bakıda beynəlxalq neft-qaz konfransı keçirilir - FOTO - VİDEO
15 oktyabr 2012 14:40 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, Azərbaycan Dövlət Neft Akademiyası və «Confidence Capital» şirkətinin təşkilatçılığı ilə keçirilən konfransda Xəzər regionunun neft-qaz sektorunun inkişaf tendensiyaları, Avropanın enerji tələbatının ödənilməsində Azərbaycanın rolu, Xəzər regionundan qaz ixracı, Xəzər regionunda neft emalı və neft-kimyanın perspektivləri və digər məsələlər müzakirə olunur.
Müxtəlif ölkələrdən 50-yə yaxın nümayəndənin təmsil olunduğu konfransa Neft Akademiyasının rəhbərliyi ilə yanaşı, Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev, Dövlət Neft Şirkətinin «Azərikimya» İstehsalat Birliyi Müşahidə Şurasının sədri Muxtar Babayev, Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia və digər nümayəndələr qatılıb.
Tədbirdə nəqliyyat infrastrukturunun inkişafında strateji tərəfdaşlıq və əməkdaşlıq və qlobal enerji təhlükəsizliyinin təmin olunması, Azərbaycanın neft-kimya kompleksinin imkanları və perspektivləri, ARDNŞ-in 2025-ci ilədək inkişaf perspektivləri və digər aktual məsələlər üzrə məruzələr dinlənilib.
Konfrans iştirakçıları Azərbaycanda hazırda reallaşan və həyata keçirilməsi nəzərdə tutulan layihələr, onların ölkə üçün əhəmiyyəti, eləcə də enerji təhlükəsizliyində oynayacağı rol barədə məlumatlandırılıblar.
Qeyd edək ki, tədbir oktyabrın 16-da başa çatacaq.

Sənaye və energetika
“AzerGold”un yeni qızıl sikkə kolleksiyası İçərişəhərə həsr olunub
10:10
21 may 2024
Azərbaycan nefti bahalaşmaqda davam edib
09:22
21 may 2024
Qarabağ Regional Enerji Təchizatı və Satışı İdarəsi yaradılacaq
17:46
20 may 2024
Elektrik şəbəkələrinin mühafizə zonalarında işlərinin aparılmasına dair tələblər müəyyənləşib
17:31
20 may 2024