Bank Of Baku

Kristian Dolezal: “Avropa üçün “Nabucco” layihəsi əvvəlki kimi mühüm əhəmiyyət kəsb edir”

Kristian Dolezal: “Avropa üçün “Nabucco” layihəsi əvvəlki kimi mühüm əhəmiyyət kəsb edir”
# 16 oktyabr 2012 11:39 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bunu “Nabucco Gas Pipeline International GmbH” konsorsiumunun sözçüsü Kristian Dolezal bildirib.

Onun sözlərinə görə, layihənin mənbələri arasında Azərbaycanın “Şahdəniz” yatağından başqa digər qaz yataqlarından hasil olunacaq qaz, eləcə də Şimali İraq və Türkmənistan qazı nəzərdə tutulur.

K.Dolezal qeyd edib ki, bir qədər əvvəl Rusiyadan Avropaya “Şimal axını” layihəsinin ikinci kəmərinin işə düşməsi “Nabucco”nun aktuallığına təsir etməyib və bu layihə Avropa üçün əvvəlki kimi mühüm əhəmiyyət kəsb edir: “Avropanın qaz bazarı kifayət qədər böyük olduğuna və gələcəkdə də böyüyəcəyinə, eləcə də Avropadaxili hasilat azaldığına görə qaz mənbələrinin diversifikasiyasına böyük ehtiyac var”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR