Bank Of Baku

Etilen-polietilen zavodunda əsaslı təmirdən sonra istehsal bərpa edilib

Etilen-polietilen zavodunda əsaslı təmirdən sonra istehsal bərpa edilib
# 16 oktyabr 2012 16:15 (UTC +04:00)
Bakı. Əli Əhmədov-APA-Economics. ARDNŞ-in «Azərikimya» İstehsalat Birliyinin Etilen-polietilen zavodunda aparılan əsaslı təmir işləri başa çatdırıldıqdan sonra məhsul istehsalına başlanılıb.

«Azərikimya»dan «APA-Economics»ə verilən məlumata görə, müəssisənin ilkin emal istehsalatı olan «EP-300» qurğusunun piroliz sobalarının, sexlərdəki rektifikasiya kalonlarının, turbokompressorların, istilikdəyişdiricilərin, susoyutma kompleksinin və s. təmiri nəticəsində bütün texnoloji kompleksin sınaq-sazlama işləri və buraxılış prosesləri başa çatıb.

Birliyin və müəssisənin aparıcı mütəxəssislərinin, Təmir-tikinti və Nəqliyyat və xüsusi texnika idarələrinin təmirçilərinin, həmçinin müasir texnikanın cəlb olunduğu əsaslı təmir zamanı qurğu və avadanlıqlarda bir sıra mühüm texniki yeniliklər və texnologiyalar tətbiq edilib. Hələ 25 il əvvəl - 1987-ci ildə istismara verilmiş «EP-300» istehsalatının mühüm aqreqatlarından olan turbokompressorların təmiri isə ilk dəfə olaraq onların Çexiyadan olan istehsalçı müəssisəsinin – «Siemens»s.r.o. firmasının bu sahə üzrə ixtisaslaşmış zavodunun mütəxəssislərinin iştirakı ilə aparılıb.

«Birlikdə əməyin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi məqsədilə də mühüm işlər görülüb, təhlükə riskləri olan bütün xidmət meydançaları və pilləkənlər, digər metallokonstruksiyalar bütünlüklə yeniləri, daha etibarlıları ilə əvəz olunub» - deyə məlumatda bildirilir.

Müəssisənin həm «EP-300», həm də paralel olaraq əsas kimyəvi məhsul olan polietilenin istehsal edildiyi «Polimir-120» komplekslərinin geniş miqyasda və keyfiyyətli, daha etibarlı təmirinin nəticəsi olaraq artıq etilenin və polietilenin, həmçinin digər kimyəvi məhsulların fasiləsiz istehsalına, sifarişçilərə göndərmək üçün onların ilk böyük həcmli partiyalarının alınmasına başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR