Bank Of Baku

ARDNŞ-da Belçika nümayəndə heyəti ilə görüş keçirilib

ARDNŞ-da Belçika nümayəndə heyəti ilə görüş keçirilib
# 17 oktyabr 2012 15:19 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Bakıda Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə Belçika Krallığının Azərbaycandakı səfiri Lük Truyens, Flamand hökumətinin Ətraf mühit, Təbiət və Enerji Departamentinin baş katibi Jan Pyer Heyrman və departamentin nümayəndə heyəti üzvləri ilə görüş keçirib.

ARDNŞ-dan “APA-Economics”ə verilən məlumata görə, görüş zamanı Flamand hökuməti nümayəndələri ilə ətraf mühit haqqında fikir mübadiləsi aparılıb, Belçikada çirklənmiş torpaqların təmizlənməsi, Flamand hökumətinin Ekoloji Strategiyası, çirklənmiş ərazi və suların təmizlənməsi istiqamətində olan 40 illik tədbirlər planı, o cümlədən dəniz dibinin dərinləşdirilməsi texnologiyası, alternativ enerji məsələləri müzakirə edilib.

R.Hüseynzadə ARDNŞ-ın Ekoloji Strategiyası, ekologiya sahəsində görülən işlər və layihələr haqqında ətraflı məlumat verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR