Bank Of Baku

İndoneziya şirkəti ARDNŞ ilə neft emalı zavodunun tikintisinə dair memorandum imzalamağı planlaşdırır

İndoneziya şirkəti ARDNŞ ilə neft emalı zavodunun tikintisinə dair memorandum imzalamağı planlaşdırır
# 17 oktyabr 2012 15:47 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA-Economics. İndoneziyanın “OSO Group” şirkəti Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə birgə 4,8 mlrd. dollar dəyəri olan neft emalı zavodu tikməyi planlaşdırır.

APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, bunu “OSO Group”un baş direktoru Mariano Asril bildirib.

O, ARDNŞ ilə qarşılıqlı anlaşma haqqında memorandumu bu ilin noyabr ayında imzalayacaqlarına inandığını söyləyib.

2017-ci ildə İndoneziyanın Batam adasında fəaliyyətə başlayacaq zavod gündə 600 min barel neft emal edəcək. M.Asril deyib ki, zavodun tikintisi müştərək qaydada, amma əsasən Azərbaycan tərəfindən maliyyələşdiriləcək: “Biz öz tərəfimizdən onlara bütün şərtləri – torpaq, tikintiyə icazə və s. təqdim edəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR