Bank Of Baku

ARDNŞ prezidenti “ConocoPhillips” şirkətinin rəhbəri ilə görüşüb

ARDNŞ prezidenti “ConocoPhillips” şirkətinin rəhbəri ilə görüşüb
# 20 oktyabr 2012 07:45 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə ABŞ-ın “ConocoPhillips” şirkətinin idarə heyətinin sədri Rayan Lensin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, R.Abdullayev “ConocoPhillips” şirkəti ilə ARDNŞ arasında uzun müddət davam edən səmərəli əməkdaşlıq əlaqələrinin mövcud olduğunu vurğulayıb.

Ölkədə həyata keçirilən enerji layihələri haqqında danışan ARDNŞ prezidenti SOCAR-ın yeni layihələri barədə məlumat verib.

R. Lens ARDNŞ-ın fəaliyyətini yüksək qiymətləndirib, Azərbaycanda xarici şirkətlərin fəaliyyəti üçün əlverişli imkanların yaradıldığını qeyd edib və əməkdaşlığın genişlənməsində maraqlı olduqlarını bildirib.

R. Abdullayev “ConocoPhillips” ilə ARDNŞ-nin quru ərazilərində yeni texnika və texnologiyalar vasitəsi ilə apardıqları birgə kəşfiyyat işlərinin uğurla davam etdiyini vurğulayıb, şirkətlər arasında əməkdaşlığın gələcəkdə də inkişaf edəcəyinə və daha da dərinləşəcəyinə inandığını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR