Azərbaycan energetiklərinin peşə bayramı günüdür
35 ildən artıq şəhərin ilk kimya müəssisəsində – Səthi aktiv maddələr zavodunda işləyərək adi çilingərlikdən baş energetik vəzifəsinədək yüksəlmiş Akif Eminov müəssisənin etibarlı enerji təchizatına nail olduğuna, çoxsaylı yenilikçi təklifləri ilə zavodun enerji sisteminin səmərəli fəaliyyətini təmin etdiyinə görə 2005-ci ildə «Şöhrət» ordeni ilə təltif edilib. İki il əvvəl o, birlik aparatında böyük energetik vəzifəsinə dəvət olunub.
«Azərikimya»nın Energetika şöbəsinə rəhbərlik edən, bir vaxtlar Sumqayıtın elektrik şəbəkəsi sistemində çalışaraq sıravi mühəndislikdən direktor vəzifəsinədək böyük əmək yolu keçmiş İslam İslamovu çoxları səriştəli, nüfuzlu bir energetik kimi yaxşı tanıyır. O, Sumqayıtın elektrik sisteminin müasir tələblər səviyyəsində yenidən qurulması ilə yanaşı, son illərdə «Azərikimya» İstehsalat Birliyinin müəssisələrində elektrotexniki avadanlığın yeniləşdirilməsi, vahid məhsul istehsalına enerji sərfinin azaldılması, enerjidaşıyıcılara qənaət edilməsi sahəsində də uğurlar qazanılmasına nail olmuşdur. Çoxillik elmi-təcrübi biliklərinin, elmi axtarışlarının nəticəsi olaraq texnika elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüş İ.İslamov 10 ildən artıq Sumqayıt Dövlət Universitetində müəllim kimi çalışaraq, gənc energetiklər nəslinin hazırlanmasına da öz töhfəsini verib. Sumqayıtın inkişafında xidmətlərinə görə ona ölkə prezidenti tərəfindən «Əməkdar mühəndis» fəxri adının verilməsi onun çoxillik energetik əməyinin layiqli qiymətidir.
Şöbənin digər mütəxəssisi Rövşən İsgəndərovun da «Üzvi sintez» zavodunda 30 ilə yaxın əmək fəaliyyəti adi elektromontyorluqdan baş energetik vəzifəsinədək davam edib. Bu gün şöbə rəisi İ.İslamov haqlı olaraq fəxr edir ki, hələ 20 il əvvəl ali məktəbdə tələbəsi olmuş Rövşən indi öz istedadı, bacarığı sayəsində onunla yanaşı eyni şöbədə, həm də bilavasitə özünün müavini kimi işgüzarlıqla çalışır. Keçmiş müəllim kimi onu daha çox sevindirən isə daim gənclik həvəsi ilə yenilik axtarışında olan, böyük və mürəkkəb neft-kimya kompleksinin enerji təminatının daha səmərəli təşkilinə çalışan tələbəsinin də əməyinin ölkə başçısı tərəfindən yüksək qiymətləndirilməsi və «Tərəqqi» medalına layiq görülməsidir.
Xüsusilə diqqətəlayiqdir ki, son zamanlar bu ordenli-titullu mütəxəssislər gələcəkdə estafeti gənclərə vermək üçün sabahın daha müasir elektrik avadanlıqlarını bacarıqla idarə edə biləcək gənc energetiklər nəslinin yetişdirilməsinə də xüsusi diqqət və qayğı göstərirlər. Və bu gün – energetiklərin şərəfli peşə bayramı ərəfəsində onların hər biri xüsusi təbrikə və təşəkkürə layiq olduqlarını fədakar əməkləri ilə bir daha təsdiq etməkdədirlər.
Xəbər Lenti
Leyla Əliyeva Şəki şəhərindəki Məhəmməd Füzuli adına parkda görülən işlərlə tanış olub
TikTok “Cannes Lions” 2026-da yeni kreativ həllərini təqdim edib
"PAŞA Həyat Sığorta"nın dəstəyi ilə Ankara şəhərində növbəti kitab təqdimatı keçirilib
APA TV-də XƏBƏRAPARAN - CANLI
Leyla Əliyeva Şəki Şəhər İncəsənət Məktəbində olub - FOTO
Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb - FOTO
Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılıb
Azərbaycan nefti 75 dollara satılır
Bu gündən Yaponiya və Koreya Respublikasının vətəndaşları Azərbaycana vizasız səfər edəcək
Avropada qazın qiyməti iyunda 6,2% ucuzlaşıb
"Ziraat Bank Azərbaycan"dan Polis İşçilərinin Peşə Bayramına - Xüsusi kampaniya
Bu günün valyuta məzənnələri
Əmtəə bazarlarında qızılın ucuzlaşması davam edir
"NYMEX" əmtəə birjasında təbii qaz ucuzlaşıb
Dünya bazarlarında neftin qiyməti artıma doğru yönəlib
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində elektrik enerjisi olmayacaq
"Bitcoin" ucuzlaşmaqda davam edib
Azərbaycan və İrlandiya diplomatik münasibətlərin 30 illiyini qeyd edir
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
DÇ-2026: Meksika 1/8 finala yüksəlib
KİV: ABŞ Uitkoff və Kuşnerin İranla bağlı danışıqlarını müsbət qiymətləndirib
Tovuzda 32 yaşlı kişi qətlə yetirilib
Tramp kriptovalyuta əməliyyatlarından 1 milyard dollardan çox qazanıb
Serena Uilyams üç illik fasilədən sonra Uimbldonda ilk oyununda məğlub olub
Qalibaf: İranın ABŞ ilə raket proqramını müzakirə etmək niyyəti yoxdur
Venesuelada zəlzələdən sonra 6 mindən çox insan xilas edilib
Almaniyanın "Rheinmetall" şirkəti Ukraynaya 155 millimetrlik mərmilər tədarük edəcək
ABŞ Konqresi Livanda hərbi əməliyyatlarda iştirakın əleyhinə qətnaməni qəbul etməyib
DÇ-2026: Fransa millisi 1/8 final mərhələsinə yüklənib
Qalibaf: ABŞ sanksiyalarının dayandırılmasından sonra neftimizi 20% baha satırıq
Kuman Niderland millisinin baş məşqçi postundan ayrıldığını açıqlayıb
Qətərin Baş naziri ABŞ nümayəndələri ilə Vaşinqton–Tehran danışıqlarını müzakirə edib
Britaniya müdafiə planı çərçivəsində hərbi xərcləri 14,2 milyard dollar azaldacaq
Ukrayna İsveçdən 16 ədəd "Gripen E" qırıcısı alacaq
Azərbaycan Milli Xalça Muzeyində “Bir mədəniyyət xəzinəsi: Divanü lüğat-it-türk” sərgisi açılıb - FOTO
NYT: ABŞ administrasiyası vahid casus bazası yaratmağa çalışır
Sumqayıtda benzin daşıyan yük avtomobili teplovozla toqquşub, xəsarət alan var - FOTO - VİDEO
Vens: Çin enerji infrastrukturunun artırılması sayəsində süni intellekt sahəsində ABŞ-ı qabaqlayır
Vens: Hörmüz boğazından keçidə görə rüsum tutulmayacaq
Kuba XİN rəhbəri ABŞ-la danışıqlarda irəliləyiş olmadığını bildirib
İran ABŞ blokadası aradan qaldırıldıqdan sonra 40 milyon bareldən çox neft ixrac edib
Türkiyə və Aİ arasında münasibətlərin hazırkı vəziyyəti və gələcək perspektivləri müzakirə olunub - FOTO - YENİLƏNİB
Qalibaf: İran, ABŞ və Livan atəşkəsə nəzarət üçün birgə komitə yaradacaq
Ağ Ev: ABŞ-ın İrana qarşı əməliyyatının dəyəri 30 milyard dollar olub
DÇ-2026: Norveç millisi 1/16 final mərhələsinə yüksəlib
Tramp doğumla vətəndaşlıq məhdudiyyətinin ləğvini "Çinin qələbəsi" adlandırıb
ABŞ Ali Məhkəməsi Trampın doğumla vətəndaşlıqla bağlı fərmanını ləğv edib
Ərdoğan İsrail hökümətinin "erməni soyqırımı"nı tanımaq qərarını şərh edib
Moskva vilayətində raket xəbərdarlığı elan edilib
UEFA “Fənərbaxça”nı maliyyə “fair play”ini pozduğuna görə 7 milyon avro cərimələyib