Bank Of Baku

“Botaş” İrandan yardım istəyib

“Botaş” İrandan yardım istəyib
# 22 oktyabr 2012 07:29 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Türkiyənin “Botaş” şirkəti İrandan yardım istəyib. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, “Botaş” İran Milli Qaz Şirkətinə rəsmi şəkildə müraciət edərək, dağlıq sahələrdə və çətin yollarda ziyan görən boru xətlərinin təmiri üçün onlarla əməkdaşlıq etməsini istəyib.

Şirkət bu addımı İran-Türkiyə təbii qaz boru xəttində meydana gələn səkkizinci partlamadan sonra atıb. Məsələyə münasibət bildirən İran Milli Qaz şirkətinin rəhbəri, nazir müavini Cavad Ovci İranın “Botaş”ın bu tələbini müsbət qarşıladıqlarını və əməkdaşlıq etməyə hazır olduqlarını söyləyib. O, İrandan avadanlıq və nəqliyyat vasitələri istəyən “Botaş”ın bu tələbinin ardından İran Milli Qaz Şirkətinin lazım olan hər şeyi ziyan görmüş bölgəyə göndərdiyini deyib.

Qeyd edək ki, oktyabrın 20-də saat 16:32-də Doğubəyazid mahalı Somkaya kəndi yaxınlığında Doğubəyazid-Van təbii qaz boru xəttinin 25-ci km-də partlayış törədilib. Nəticədə İrandan Türkiyəyə mavi yanacaq axını dayandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR