Bank Of Baku

Hillari Klinton: “Enerji təhlükəsizliyi milli və beynəlxalq təhlükəsizlik məsələsidir”

Hillari Klinton: “Enerji təhlükəsizliyi milli və beynəlxalq təhlükəsizlik məsələsidir”
# 22 oktyabr 2012 10:54 (UTC +04:00)
APA-Economics”in “İpək Yolu” xəbər lentinə istinadən xəbərinə görə, bunu ABŞ dövlət katibi Hillari Klinton Corctaun Universitetindəki çıxışında bildirib.

Onun sözlərinə görə, Xəzər regionu və Mərkəzi Asiya böyük təbii qaz ehtiyatlarına malikdir: “Onlar bu qazı satmaq, Avropa isə almaq istəyir. Lakin bunun üçün ilk növbədə boru kəmərləri çəkilməlidir. Bütün Avropa qitəsini əhatə edəcək “Cənub dəhlizi” layihəsinin də məqsədi məhz budur. ABŞ layihənin bütün iştirakçılarının fəal tərəfdaşıdır və layihənin gerçəkləşməsinə çalışır”.

Klinton öz çıxışında qeyd edib ki, ABŞ-ın enerji diplomatiyasının məqsədi rəqabətin inkişafına yardım etmək və inhisarın yaranmasına imkan verməməkdir: “Çünki energetika inhisarları risklər doğurur, bir ölkəni siyasi və iqtisadi müstəqillik baxımından başqa ölkədən asılı edir. Məhz bu səbəbdən NATO enerji təhlükəsizliyini çağımızın əsas məsələsi elan edib və biz ABŞ-Avropa Birliyi Energetika Şurası yaratmışıq. Enerji təhlükəsizliyi artıq iqtisadi rəqabət məsələsi deyil, həm də milli və beynəlxalq təhlükəsizlik məsələsidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR