Bank Of Baku

Natiq Əliyev Dünya Enerji Forumuna qatılıb

Natiq Əliyev Dünya Enerji Forumuna qatılıb
# 22 oktyabr 2012 15:04 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-ECONOMICS. Azərbaycan Respublikasının sənaye və energetika naziri Natiq Əliyev Yüksək səviyyəli Beynəlxalq Konfransda - Dünya Enerji Forumunda iştirak etmək məqsədilə Dubay Əmirliyində rəsmi səfərdədir.

Nazirliyin mətuat katibi Azər Mənsimlinin «APA-ECONOMICS«ə verdiyi məlumata görə, forumun işinə oktyabrın 22-də Dubayın Beynəlxalq Sərgi Mərkəzində Birləşmiş Ərəb Əmirliyinin baş naziri Şeyx Məhəmməd bin Rəşid Al Məktuminin açılış nitqi ilə start verilib.

Beynəlxalq konfransa 20-dən artıq ölkə dövlət və hökumət başçıları, 40-dan artıq ölkə isə nazirlər səviyyəsində qatılıb. Dünya Enerji Forumu ideyalar və enerji sahəsində beynəlxalq aləmdə praktiki nailiyyətlər mübadiləsi üçün ideal bir platforma hesab olunur. Birləşmiş Ərəb Əmirliyinin baş naziri Şeyx Məhəmməd bin Rəşid əl-Məktumi açılış nitqində Dünya Enerji Forumunun keçirilməsinin əhəmiyyətinə toxunub: «Forum, tərəqqi və sosial-iqtisadi inkişafı üçün təmiz, təhlükəsiz və davamlı enerji əldə etmək istiqamətində maraqlı ölkələr arasında bilik, təcrübə mübadiləsi və çoxtərəfli əməkdaşlığı təmin edəcək».

Sənaye və energetika naziri Natiq Əliyevin forumun gedişində çıxışı, həmçinin bir sıra ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR