Bank Of Baku

İran Milli Qaz Şirkəti: “İran təbii qaz ixracı ilə bağlı problem yaşamayacaq”

İran Milli Qaz Şirkəti: “İran təbii qaz ixracı ilə bağlı problem yaşamayacaq”
# 23 oktyabr 2012 09:17 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “Avropa Birliyinin heç zaman İran kimi etibarlı enerji təminatçısı olmayacaq”. APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu İran Milli Qaz Şirkətinin rəhbəri Cavad Ovci deyib.

O bildirib ki, ölkəsi hazırda Avropaya təbii qaz ixrac etmir: “İran dünyada Rusiyadan sonra ikinci ən böyük mavi yanacaq ehtiyatına malik ölkədir. Avropa ölkələrinin təbii qaz ehtiyacının təxminən 85%-ni Rusiya təmin edir. Onlar Rusiyanın mavi yanacaq sahəsindəki inhisarçılığına və bu ölkədən qaz asılılığına son vermək üçün “Qazprom” şirkətinə layiqli rəqib axtarırlar. Bu baxımdan Avropa Birliyi İran qazından imtina edəcəyi təqdirdə, bundan özü əziyyət çəkəcək. Belə bir addım mavi yanacağın qiymətinin də qalxmasına səbəb olacaq”.

C.Ovci əlavə edib ki, İran İraq, Azərbaycan, Türkiyə və Hindistanla bağladığı müqavilələrin hesabına təbii qaz ixracı ilə bağlı problem yaşamayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR