Bank Of Baku

“Bakıelektrikşəbəkə” Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq

“Bakıelektrikşəbəkə” Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq
# 23 oktyabr 2012 11:27 (UTC +04:00)
Bakı – APA-Economics. “Bakıelektrikşəbəkə” ASC-nin əməkdaşları müqəddəs Qurban bayramı ilə əlaqədar istirahət günlərində gücləndirilmiş iş rejimində çalışacaqlar.

Şəbəkənin mətbuat xidmətindən “APA-Economics”ə verilən xəbərə görə, bayram və istirahət günlərində enerji istehlakçılarının fasiləsiz elektrik enerjisi ilə təchiz olunması, habelə baş verə biləcək qəza hadisəsinin qarşısının alınması üçün zəruri tədbirlərin görülməsi təmin ediləcək.

Elektrik şəbəkələrinin normal iş rejiminin təmin olunması məqsədilə təşkil edilmiş növbətçilik üzərində nəzarət gücləndiriləcək. Baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması halları istisna olmaqla, tədbirlərin keçirildiyi və digər bayram günlərində aparılması nəzərdə tutulan bütün işlərin müvəqqəti olaraq dayandırılmasını təmin olunacaq.

Abonentlərin bayram günlərində fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təchiz olunmaları üçün əlavə mal-material və maşın-mexanizmlər, texniki qüvvə və növbətçilik qaydaları müəyyən olunub, avadanlıq və material ehtiyatı təmin edilib.

Abonentlərdən xahiş olunur ki, yarana biləcək hər hansı problemlər haqqında “199 - Qəza Xidməti”nə zəng vuraraq məlumat versinlər. Yaradılmış operativ qruplar vasitəsilə yaranmış fasilələrin dərhal aradan qaldırılması mümkün olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR